Milli köklərə bağlı Cümhuriyyət və yaxud Mirzə Bala kim idi?

19-cu yüzilliyin sonları və 20-ci yüzilliyin ilk iki onilliyində Azərbaycan da ictimai-siyasi, ədəbi-mədəni mühitdə bir canlanma, oyanış baş verməkdə idi. Təbii ki, bu oyanış dövrün yenilikçi, demokratik fikirli ziyalılarının səyi nəticəsində baş verirdi. İlk növbədə qarşılarına xalqın gözünü acmaq, onu maarifləndirmək, onda milli mənlik şüurunu formalaşdırmaq məqsədini qoyan ziyalılarımız fürsət düşdükcə çarizmin güzəştlərindən istifadə edərək qəzetlər və jurnallar (xüsusən də milli ruhlu) çap etməyə, yeni üsullu məktəblər açmağa, dərnəklər, xeyriyyə cəmiyyətləri yaratmağa nail olmaqla xalqın dünyagörüşünü genişləndirməyə, savadlandırmağa çalışırdılar. Sözsüz ki, onlar xalqın milli şüurunu oyatmaq, milli özünüdərki və milli özünəqaydışı yaratmaq üçün ilk növbədə mətbuatın inkişafı uğrunda mübarizə aparırdılar. Çünki mətbuat hər şeydən əvvəl o zaman ictimai rəyi formalaşdıran yeganə kütləvi informasiya vasitəsi idi. Həyata keçirilən bu mədəni proseslər XX əsrin bütün sahəsində olduğu kimi ictimai həyata, məfkurə cəbhəsinə də dirçəliş gətirmişdir. Konkret və vahid proqrama malik siyasi təşkilatın olmadığı dövrdə Azərbaycan ziyalıları hər hansı bir siyasi təşkilatın görə biləcəyi ağır, çətin bir vəzifəni yerinə yetirərək, xalqın milli oyanışında, milli azadlıq hərəkatının istiqamətləndirilməsində və siyasi mübarizə məktəbinə çevrilməsində çox iş gördülər. Nəticə Azərbaycanda milli hərəkatın inkişafına və Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsinə gətirib çıxardı.
Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin və ziyalıların demək olar ki, hamısı dövrün tanınmış publisistləri, jurnalistləri və siyasi-ictimai xadimləri idi. Onlar ölkədə ictimai-siyasi sistemin əsas istiqamətini özündə birləşdirən proqram kimi ölkədə həm də milli-mədəni tərəqqinin təkanverici bazası oldu. Məhz milli ziyalı elitasının başçılıq etdiyi bu hərəkət cəmiyyətdə demokratik dəyərlərin aktiv və intensiv şəkildə inkişaf etməsinə gətirib çıxardı. Bu danılmaz bir faktdır ki, hər bir mərhələdə həlledici qüvvə xalq və onun millətsevər, vətənpərvər, savadlı, uzaqgörən ziyalıları olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də belə oldu. Xalqın azadlığı və xoşbəxtliyi uğrunda illərlə gərgin mübarizələr aparan bu ziyalılar ölkənin siyasi, hüquqi, iqtisadi bazasının möhkəmlənməsində, mədəni həyatının inkişafında öz müsbət təsirini çox qısa zamanda göstərdilər. Çünki onlar ilk növbədə təpəbən dırnağa vətənpərvər, millətsevər ruhda böyümüşlər. Onların sənətləri müxtəlif olsa da amalları, məqsədləri bir idi. Azərbaycanı azad, dövlətini müstəqil görmək. Elə bu amal, məqsəd ətrafında daha da sıx birləşərək Şərqdə ilk demokratik dövləti yaratdılar.
Onlardan biri də zəngin ədəbi-elmi irsə, siyasi təfəkkürə malik olan, Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən milli ruhlu, demokratik əqidəli mətbuatla sıx əməkdaşlıq edən, elmi, siyasi-publisistik məqalələri ilə tanınan, Azərbaycan Demokratik Respublikasının qurucularından olan Mirzə Bala Məhəmmədzadə idi. O, xalqının yaddaşında uzaqgörən ictimai-siyasi xadim, istedadlı jurnalist, alovlu publisist, cəsarətli və millətsevər, vətənpərvər bir ziyalı kimi qaldı.
1898-ci ildə Bakının Zirə kəndində anadan olan Mirzə Balanın həyatı elə kiçik yaşlarından çox təlatümlər içərisində keçmişdir. İlk təhsilini 1907-ci ildə Bakıda rus-tatar məktəbində alan Mirzə Bala 1911-ci ildə buranı qurtarıb H.Mahmudbəyovun məktəbinə keçsə də burada təhsilini davam etdirmək ona qismət olmur. Mirzə Balanın atasının qəfil ölümü, ailənin maddi vəziyyətinin çox ağır olması onu məktəbdən ayrılmağa vadar edir. Ailənin bütün ağırlığı bir kişi kimi bu balaca oğlanın çiyinlərinə düşür. Mirzə Bala əvvəllər anasının bişirdiyi çörəkləri satmaqla ailəni dolandırmalı olur. Lakin bununla ailənin problemlərini həll edə bilməyən bu Mirzə Bala 1912-ci ildə İ.Aşurbəylinin “Kaspi” mətbəəsində fəhlə kimi də işə başlayır. Amma oxumaq arzusu da onu tərk etmir, nəyin bahasına olursa-olsun təhsil almaq, bu çətin günlərdən qurtulmaq üçün mübarizə edir. 1915-ci ildə Bakı Politexnik Texnikumuna daxil olan Mirzə Bala həmin ildən də “Açıq söz”lə əməkdaşlıq edir.
İctimai-siyasi işlərə böyük maraq göstərən gəncin bir jurnalist və siyasi xadim kimi yetişməsində “Açıq söz” qəzetinin və onun yaradıcısı M.Ə.Rəsulzadənin çox böyük rolu olur. Hətta burada ilk dəfə görüşüb tanış olduğu M.Ə.Rəsulzadənin illər sonra əqidə və məslək dostlu olam M.B.Məhəmmədzadə ömrünün sonuna kimi bu dostluğa sadiq qalır. Bəlkə də daha çox siyasi hadisələrə meyl etməsində, bir siyasi xadim kimi yetişməsində M.Ə.Rəsulzadə ilə yaxınlığı olmuşdur. İlk dəfə “Açıq söz” qəzeti ilə sıx əməkdaşlığa başlayan Mİrzə Balanın jurnalistlik və publisistik fəaliyyətində əsa yeri tutan da siyasi mövzuda yazdığı məqalə və əsərləridir. Deməli onun bir jurnalist kimi puxtələşməsində “Açıq söz”ün və açıqsözçülərin əməyi danılmaz bir faktdır. Odur ki, M.B.Məhəmmədzadə istiqlal, müstəqillik mövzusunda mütəmadi yazan müəlliflərdən biri kimi püxtələşir. Fikirlərini əsaslandırmaq üçün tutarlı, dolğun faktlardan, mənbələrdən məharətlə istifadə edirdi. Oxucusunun qəlbində istiqlala, azadlığa qarşı sevgi hissi yaratmağa çalışaraq onu bu yolda mübarizəyə səsləyərək: “Ey gənc türklər! Bu gün Kəbeyi-müqəddəsiniz olan vətəninizi azad ediniz. Əgər milli ədəbiyyat istəyirsiniz, yenə onu qurtarmalısınız. Əgər milli məktəb istəyirsiniz, yenə onu qurtarmalısınız. Əgər elmi-fənn arzulayırsınız yenə onu xilas etməlisiniz. Hər bir fikriniz, hər bir düşüncəniz, hər bir əməl və diləyiniz onun içərisində təmin olunmalıdır. Sizi bir insan olaraq vətən yaşadır. Sizi bir millət olaraq vətən yaşadır. Sizin dininiz, irz və namusunuz yenə vətəniniz içində səlamət qala bilər. Sən də yatmış duyğularını oyat, hüriyyətə doğru addım at, hüriyyət yolunda qan tökməyə, can verməyə hazır olduğunu bildir. Hüriyyəti və vətəni yolunda can verməyən bir millət, muxtariyyəti, istiqlaliyyəti yolunda varından keçməyən bir millət yaşamaq istəmir deməkdir”.
Bütün varlığı ilə istiqlala, azadlığa can atan müəllif az vaxtda ziyalılar xüsusən də gənclər arasında böyük nüfuz qazaraq “Açıq söz”ün aparıcı mühərrirlərindən birinə çevrildi. Partiyanın siyasi-ideoloji mübarizəsini qəzetin səhifələrində daha parlaq şəkildə təbliğ edirdi.
M.B.Məhəmmədzadə jurnalistikasının və publisistikasının səciyyəvi xüsusiyyəti istiqlala, onun qələbəsinə inam hissi idi. Qələm və əqidə yoldaşı M.Ə.Rəsulzadə kimi, M.B.Məhəmmədzadə də Azərbaycanın istiqlalına inam, sovet rejimi və ideologiyasına qarşı cəsarətli və qətiyyətli mübarizə yaradıcılığının əsas qayəsini təşkil edirdi. Ona görə də onlar Azərbaycanın istiqlala qovuşacağına, imperiyanın çökəcəyinə inandır. Nəyinki inanırdı, hətta ətrafdakılarını da inandıraraq, ruhlandırırdılar.
Bu idi Mirzə Balanın publisistikasının əsas qayəsi. Ona görə də publisistika ölməz və həmişəyaşardı. Elə bu gündə aradan 90 ildən çox zaman kəsiyi keçməsinə baxmayaraq onun publisistikası öz aktyallığını itirməyib.
M.B.Məhəmmədzadəyə görə XX əsrin əvvəllərində Azərbaycanda üç ictimai-siyasi cərəyan mövcud olmuşdur; mürtəce mühafizakərlər, millətçi liberallar və inqilabçı millətçilər; “mürtəce mühafizəkarlar, millətçi liberallar və inqilabçı millətçilər olmaq üzrə üç ictimai məzhəb və üç ictimai qüvvə təşəkkül etmişdir. Birincilər çarizmi himayə və təşviş edirdi. İkincilər isə rus liberalları ilə əməkdaşlıq edirdilər. Üçüncülər isə rus inqilabçı qüvvələri ilə birlikdə hərəkət edərək çarizmi devirməyə çalışırdılar. Müəllifin fikrincə bu üç siyasi cərəyan ümumi şəkildə Azərbaycan əsasən ictimai-siyasi hərəkatının istiqamətini müəyyənləşdirirdi.
Rusiya hakim dairələri Azərbaycanda güclənməkdə olan milli-demokratik hərəkatı zəiflətmək üçün müsəlman əhalisinin müxtəlif sosial təbəqələri arasında münaqişələr törədir, onları bir-birinə qarşı qoymağa çalışırdılar. Bu cərəyanların mühafizəkarlar qolunu təşkil edənlər başlıca olaraq din xadimlərindən ibarət olduğundan, bu istiqamətdə atılan addımlardan biri də milli –demokratik hərəkata mühafizəkar münasibət bəsləyən din xadimlərindən istifadə etmək idi. Rus hökuməti onların əli ilə milli-demokratik hərəkatı boğmağa çalışır, müxtəlif vasitələrlə dintərəfdarlarını millətçilər üzərinə qaldırır, onların arasına nifaq salırdı. Milli hərəkata münasibətdə din xadimləri ilə çarizmin mövqeyi mahiyyət etibarıilə bir-birindən o qədərdə fərqlənmirdi. Belə ki, bir qrup sosial-siyasi proseslərdə milli təmaülün güclənməsinə islam dünyasının parçalanmasının əsas səbəblərindən biri kimi baxırdılar.
Dövrün bütün ziyalıları kimi Mirzə Bala da bu problemlərin aradan qaldırılması üçün milli birliyin vacib olduğunu dönə-dönə vurğulayırdı. Çünki, milli birliyin qorunub saxlanması gənc demokratik respublikanı, onun ideyalarını qorumaq və yaşatmaq demək idi. Onu da qeyd edək ki, bütövlükdə millətin mənafeyini, istək və arzularını ifadə edən ideyalar sistemi kimi milli ideologiyanın yaranması obyektiv tarixi hadisə kimi ilk növbədə milli azadlıq hərəkatı ilə bağlıdır. Milli ideologiyanın yaranması uzun müddətli təbii-tarixi prosesin məntiqi nəticəsi və ifadəsidir. Milli ideologiyanın yaranması, formalaşması və milli ideoloji konsepsiyanın hazırlanmasında milli mətbuatın rolu böyükdür və danılmazdır. Çünki “danışdığı lisanda” ilk mətbuata malik cəmiyyət bir milliyyət ikən millət olmağa” başlamış deməkdir.
Ümumiyyətlə M.B.Məhəmmədzadə məqalələrinin əksəriyyətində bir sıra tarixi məqamlara toxunaraq milli kimliyimizi dönə-dönə qeyd edərək “türk” olmasını şərəflə qeyd edirdi. Lakin uzun illər milli kimlik, milli şüurun formalaşmadığı bir millətə millət anlayışının aşlanması gərək idi. Çünki məlum səbəblərdən millət özünün mövcudluğunu bir müsəlman olaraq, bir “müsəlman milləti” olaraq qavrayırdı. Lakin “Millətpərəstliyin və milli diriliyin nə olduğunu yaxşıca bilmək üçün əvvəlcə millətin nə olduğunu öyrənmək və onu öyrənmək üçün nə kimi vasitələrə rica etmək lazım olduğunu anlamaq gərəkdir”. Məhz bu məqsədlə müəllif hər iki anlayışın mahiyyətini açmağa, arasındakı fərqləri göstərməyə çalışırdı. Uzun müddət öz kök soyundan və tarixindən, milli şüurundan ayrılaraq “manqurt”laşan, millət kimliyini bir “müsəlman”, “tatar” kimi qavrayan millətə öncə “milliyyət, millət” kəlmələrinin mənasını anlatmaq lazım idi. Və müəllif məqalələrində bir daha bu məsələyə toxunurdu.
Onu da qeyd edək ki, Azərbaycanda millətçilik, milli özünüdərk, milli şüurun formalaşması hansı milli mənəviyyatı, dini cərəyanı və tarixi məqamı özündə saxlamasından asılı olmayaraq, eyni zamanda Azərbaycan əhalisinin əksəriyyəti üçün xarakterik olan ümumi əlamətlərin sintezi ilə səciyyələnir. Azərbaycanın milli oyanış və yeniləşməsi, bununla bağlı milli ideya uğrunda mübarizə hərəkatı milli gerçəkliyimizin çox mühüm tərkib hissələrindən biridir.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan mətbuatında milli şüurun inkişafı, milli tərəqqi məsəlləri diqqət mərkəzində olub. Azərbaycanın görkəmli jurnalist və publisistləri bu məsələlərin mahiyyətini açmaq üçün incə mətləblərə toxunmuş, bir çox məqamları aydınlaşdırmağa çalışırlar. Məqsəd isə insanları milli ruhda tərbiyə etmək, onları tarixin sınaqlarına hazırlamaq olmuşdur. M.B.Məhəmmədzadə ardıcıl mətbu çıxışlarında Azərbaycan xalqının tarixi keçmişini təsvir edərək vətən və millət sevgisi təbliğ edir, demokratik dəyərlər aşılayırdı. Bu məqalələr ideya dolğunluğu və məzmun zənginliyi ilə ciddi şəkildə diqqəti cəlb edirdi.
Dövrün siyasi-ictimai, mədəni hadisələrinə aktiv şəkildə münasibət bildirən M. B.Məhəmmədzadə M.Ə.Rəsulzadə kimi ədəbi fəaliyyəti ilə yanaşı siyasi fəaliyyətini də davam etdirir ideyalarını isə mətbu orqanlarında mütəmadi olaraq bədii, siyasi, publisistik məqalələr yazaraq təbliğ edirdi. Siyasi fəaliyyəti ilə mətbu fəaliyyətini birgə inkişaf etdirən Mirzə Bala “Açıq söz”lə yanaşı 1914-cü ildən fəaliyyətdə olan “Bəsirət” qəzeti ilə də sıx əməkdaşlıq edərək qəzetin bir neçə saylarına baş redaktorluq da edib. 1917-ci ildə Bakıda tələbələrin yayım orqanı olan “Gənclər sədası” və “İttifaqı mütəllim” qəzetlərinə redaktoru olan Mirzə Bala bir il sonra 1918-ci ilin sonlarında Tiflisdə “İttifaqi-mütəllim” adlı təşkilat və “Gənclər –yurdu” adlı jurnal yaradır.
1918-ci ildə baş verən dəhşətli mart faciəsindən sonra M.B.Məhəmmədzadə nisbətən siyasi fəaliyyətinə daha çox vaxt ayırır. Mart qırğınından sonra üzv olduğu “Müsavat” partiyasının tapşırığı ilə Tiflis-Zaqafqaziya Seymində iştirak etməyə gedən Mirzə Bala Məhəmmədzadə burada tez bir zamanda “İttihadi-mütəəllimin”(Tələbələr ittifaqı) təşkilatını yaradır. Təşkilatın ideya və məqsədini gənclər arasında daha geniş şəkildə yaymaq üçün “Gənclər-yurdu” adlı türk və rus dillərində jurnal çap edir.
M.B.Məhəmmədzadə 1918-ci ildə Tiflisdə siyasi fəaliyyətlə məşğul olarkən “İki inqilab arasında” adlı məşhur əsərini də yazdı. 1922-ci ildə isə Bakıda “Azərbaycan türk mətbuatı” adlı iri həcmli tədqiqat əsərini nəşr etdirir. Onu da qeyd edək ki, bu əsər Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı haqqında ilk sanbalı əsər kimi diqqəti cəlb edir. Müəllif bu əsərində 1905-1917-ci illər arasında Azərbaycanda mətbuat, maarif, ədəbiyyat, teatr, ruhani və qadın məsələlərini işıqlandırır.
Yuxarıda da qeyd etdik ki, M.B.Məmmədzadə publisistikasında daha çox diqqəti cəlb edən mövzu milli məsələ və istiqlalımızın qorunmasıdır. Onun “İstiqlalımız və istiqbalımız”, “Cəbhə və arxa qüvvələr”, “Azərbaycan və İran”, “Əhd ediyoram”, “Haqq təşkilatları”, “Siyasi əhval”, “Torpaq islahatı”, “Ermənilər və biz”, “Bizdə sinif mübarizəsi” və onlarla belə məqalələrini qeyd etmək olar. Müəllif bu məqalələrini “Mirzə Bala”, “Nuhoğlu”, “M.B.Daşdəmir”, “Əli Qutluq”, “Əl Qut” imzaları ilə çap etdirmişdir. Yaradıcılığa “Açıq söz”lə başlayan Mirzə Bala Məmmədzadə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün təbliğatçısı Mövsüm Əliyevin yazdığına görə, 2 mindən çox müxtəlif mövzulu məqalənin müəllifidir. Bu yazıların əksəriyyəti milli ruhlu mövzulara həsr edilən publisistik məqalələrdi.
(ardı var)
Qərənfil Dünyamin qızı,
BDU-nun doktorantı