• cümə, 29 Mart, 17:02
  • Baku Bakı 14°C

Könüllülər Heydər Əliyev adına Neft Emalı Zavoduna səfər ediblər

02.02.23 14:05 789
Könüllülər Heydər Əliyev adına Neft Emalı Zavoduna səfər ediblər

Könüllülər üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavoduna səfər təşkil olunub.

“Kaspi”nin SOCAR-a istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Heydər Əliyev İli” və Ulu Öndərin təsis etdiyi Azərbaycan Gəncləri Günü ilə əlaqədar SOCAR-ın təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə 15-ə yaxın könüllü təşkilatından olan gənclərin iştirak etdiyi tədbir keçirilib.

Heydər Əliyev adına Neft Emalı Zavoduna səfər zamanı SOCAR rəhbərliyinin iştirakı ilə könüllülərlə görüş keçirilib, ölkəmizin neft-qaz sənayesi və zavodun fəaliyyətindən bəhs edən təqdimat olub. Könüllülərə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası, həmçinin zavodun tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verilib.

Daha sonra könüllülər zavodun istehsalat sahəsində olub, burada emal prosesi, modernizasiya və yenidəqurma işləri ilə tanış olublar.

Könüllülər həmçinin SOCAR-ın baş ofisinə gələrək burada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

banner

Oxşar Xəbərlər