İslamda elm və alimin fəziləti

Sözlükdə “bilmək” mənasını ifadə edən “elm” sözü “bilgi, bilik” sözünün qarşılığında işlədilir. Klassik sözlüklərdə “bir şeyin həqiqi mahiyyətini qavramaq”, “predmeti olduğu kimi bilmək”, “əşyadakı gizliliyin açılması”, “bütöv və hissələrin qavranmasını təmin edən bir sifət” və s. kimi müxtəlif şəkillərdə tərif edilmişdir. Eyni kökdən törəyən “alim, əllam, əllamə, məlum, məlumat, müəllim” sözləri də “bilik” mənası ilə əlaqəli sözlərdir. “Əllam” Allah üçün, “əllamə” isə insan üçün işlədilir. İrfan, mərifət, fiqh, şüur və itqan kimi kəlmələr də sözlükdə “bilmək” mənasına gəlir. Sonradan bu sözlər kəsb etdikləri texniki mənalarına görə müxtəlif məna çalarlarına malik olmuşdur. “Mərifət” elmə nisbətən daha xüsusi məna kəsb edir. Mərifət sözü ilə nəzərdə tutulan bilik tək əşyaya aiddirsə, elm sözü ilə nəzərdə tutulan bilik ümumiyə şamil edilir. Ayrıca mərifətdə “unudulan şeyin xatırlanıb tanınması” mənası da vardır. Elm kəlməsi həm də “müəyyən bir sahəyə aid sistematik bilik külliyatını ifadə edən nizam-intizam” mənasında işlədilmişdir.
Qurani-Kərimdə təqribən 750 yerdə elm kökündən törəyən sözlər mövcuddur. Elmin anlamı, əhəmiyyəti və funksiyası hədislərdə də vurğulanmışdır. İslam ümmətinin qəbul etdiyi dəyərlər sisteminin davamlılığı elmə bağlı olduğu üçün Hz.Peyğəmbər elmi uca tutmuş və təşviq etmiş, məsələn, elmin nafilə ibadətdən daha üstün olduğunu söyləmişdir. (Tirmizi, Elm, 19; İbn Macə, Müqəddimə, 19). Allah-Təala Qurani- Kərimdə belə buyurur:
“Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı aşılanmış bir yumurtadan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi” (əl-Ələq, 96/1-5).
Bu ayələr Qurani-Kərimin ilk nazil olan ayələridir. Peyğəmbərimiz ona peyğəmbərlik verilməzdən öncə Məkkədə Nur dağındakı Hira mağarasına gedər, orada günlərlə qalardı. O bu mağaraya təklikdən xoşlandığı üçün gedərdi. Mağaradakı səssizlik onun düşünməsi üçün gözəl şərait yaradırdı. Peyğəmbərimiz burada həm öz varlığı haqqında, həm də sosial cəhətdən çox pis vəziyyətdə yaşayan o zamankı toplumun bu məngənədən necə xilas olması barəsində düşünürdü. Bir gün Peyğəmbərimiz Hira mağarasında düşüncəyə daldığı zaman Cəbrayıl əleyhissəlam ona bu ayələrlə peyğəmbərlik verildiyini müjdələmişdir. İbn Kəsir sözügedən ayələri açıqlayaraq deyirdi: “Bu mübarək ayələr Qurani-Kərimin ilk nazil olan ayələrdir. Bunlar Allahın bizim timsalımızda qullarına ilk rəhməti və ehsan etdiyi ilk nemətidir” (Təfsiru-l-Qurani-l-Azım, İbn Kəsir, cild 4, səh. 528).
Bəli, bu ayələr Allahın Öz qullarına ilk əmridir. Ayədə oxumaq əmr edilərkən nəyin oxunacağı bildirilməmişdir. İnsanın özü, yaşadığı cəmiyyət, hətta bəşəriyyət üçün faydalı olan bütün elmlərin oxunub öyrənilməsi bu əmrin əhatəsinə daxildir.
Elm ən üstün dərəcədir. Allah-Təala Adəm əleyhissəlamı bu xüsusiyyəti ilə mələklərdən də üstün tutaraq yer üzündə xəlifə təyin etmişdir. Mövzu ilə bağlı Qurani-Kərimdə deyilir:
“Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”-dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”– söylədilər. (Allah onlara): “Mən bildiyim şeyi siz bilməzsiniz!” – buyrdu. (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək: “Doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”-dedi. Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən” – dedilər. Sonra O: “Ey Adəm, bunların adlarını onlara bildir!” – dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində-aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu (əl-Bəqərə, 2/30-33).
Ayələrdən də göründüyü kimi, Allah-Təala Hz.Adəmə bilik vermiş və bu biliyin sayəsində onu xəlifə təyin etdiyini mələklərə də qəbul etdirmişdir. Elm, bilik üstünlüyün səbəbidir. Çünki Qurani-Kərimdə buyrulur:
“Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir” (əl-Bəqərə, 2/269).
Allah-Təala bilənlərlə bilməyənlərin eyni tutulmasının düzgün olmadığını bildirmişdir:
De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Həqiqətən, bunlardan yalnız ağıl sahibləri ibrət alar” (əz-Zumər, 39/9).
Yaşayışına istiqamət verərək başqalarına elm öyrətmək məqsədilə elm öyrənən kəs Allah yolundadır. Peyğəmbərimiz buyurur ki, bir saat elmlə məşğul olmaq yüz rükət nafilə namaz qılmaqdan daha xeyirlidir. Elm öyrənmək üçün sərf olunan zəhmət Allah yolunda sərf olunmuş bir zəhmət hesab olunur və bu yola gedən şəxsə mələklər kömək edir. Alim ilə abid arasında ay ilə ulduzlar arasındakı qədər fərq vardır. Çünki alim öz biliyi ilə ətrafını aydınladır və içərisində yaşadığı cəmiyyətə, hətta bütün insanlara işıq tutur, yol göstərir. Abid isə öz etdiyi nafilə ibadətlə tərifə layiq olsa da, başqalarına fayda verməz. Bu minvalla Peyğəmbərimiz buyurur:
“Sənin vasitənlə Allah-Təalanın bir nəfəri hidayətə çatdırması sənin üçün dünyadan və dünyada olan hər şeydən daha xeyirlidir (Buxari, Cihad, 102).
Alimlər peyğəmbərlərin varisləri hesab olunur. Çünki peyğəmbərlər yalnız elm miras qoyub getmişdirlər. Alimlər də elm öyrənmək yolunu seçməklə peyğəmbərlərin varisləri olmaq kimi bir şərəfə nail olmuşdurlar.
Əziz oxucular, əlbəttə, bütün qeyd etdiklərimizlə həqiqi alim nəzərdə tutulur. Əsl alim Allah rzasını qazandığı kimi, yetişdirdiyi tələbələr və qoyub getdiyi əsərləri ilə öldükdən sonra da əməl dəftərinin bağlanmamasını təmin edir. Sevgili Peyğəmbərimiz buyurur:
“Mömin ölümündən sonra həyatda ikən öyrətdiyi və təbliğ etdiyi elmdən, tərbiyə etdiyi yaxşı övladdan, miras olaraq qoyub getdiyi müshəfdən, tikdirdiyi məsciddən, yolçular üçün inşa etdiyi qonaq evindən, çəkdirdiyi sudan, sağ ikən malından çıxardığı sədəqədən onun özünə savab çatır (İbn Macə, Müqəddimə, 20).
İnsanın qazancları içərisindən ən çox tərifəlayiq olanı elm olduğu üçün Allah-Təala Quranda bu barədə buyurmuşdur:
Ey iman edənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildiyi zaman yer verin ki, Allah da sizə geniş yer versin. Eləcə də sizə: “Qalxın!” – deyildikdə qalxın ki, Allah da sizdən iman edənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır! (əl-Mücadələ, 58/11).
Sözügedən ayə elmin fəziləti və alimin üstünlüyü haqqında açıq bir dəlildir. Elm dalısınca gedən insanların dərəcələrini Allah-Təalanın yüksəldəcəyi bildirilir.
Uca Allah Peyğəmbərimizə belə əmr etmişdir:
“Ey Rəbbim! Mənim elmimi artır!” – de (Taha,20/114).
Peyğəmbərimiz bu əmrə tabe olaraq “Allahım, öyrətdiyin elmindən məni yararlandır, yararlı elmi mənə öyrət. Elmimi artır. Bütün hallarda Allaha həmd olsun” deyə dua etmişdir.
İnsan öyrəndiklərini həyata keçirmək və başqalarını da öyrətmək, faydalı olmaq üçün elm təhsil edir. Belə elm qazanılarkən ömür vəfa etməyib ölən kimsələrlə bağlı Peyğəmbərimiz bu müjdəni verir:
“Elm öyrənərkən əcəli çatıb ölən kimsə özü ilə peyğəmbərlər arasında yalnız bir dərəcə – peyğəmbərlik dərəcəsi – olduğu halda Allaha qovuşur (Məcməu-z-zəvaid və Mənbəu-l-fəvaid, c.1, s.123).
İstər-istəməz belə bir sual doğur: Elm sahiblərinin digər insanlara görə dərəcələrinin bu qədər üstün olmasının səbəbi nədir? Bu sualın cavabını da məhz Qurani-Kərim verir:
“Allaha qarşı çıxmaqdan Öz bəndələri içərisindən yalnız alimlər çəkinər” (əl-Fatir, 35/28).
Onlar elm sahibləri olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşərək Ona daha çox təzim edərlər. Və digər ayədə buyurulur:
“Biz bu misalları insanlar üçün çəkirik, fəqət onları yalnız elm sahibləri düşünüb anlaya bilərlər” (əl-Ankəbut, 29/43).
Bilik insana həm dünyada, həm də axirətdə faydalıdır. Biliksiz edilən ibadət belə məqbul deyildir. Bu barədə Peyğəmbərimiz buyurmuşdur:
“Elm öyrənmək hər bir müsəlmana vacibdir” (İbn Macə, Müqəddimə, 17; əl-Kuleyni, Usulu-Kafi, s.34)
Hz.Əli (ə) buyurur:
“Elmin yaxşısı fayda verənidir” (Quraru-l-hikəm, III, s.421).
Hədislərdən də anlaşılır ki, oxumağa və elm sahibi olmağa böyük önəm verilmişdir. Məlum olduğu üzrə, İslamda ilk savaş Bədr savaşıdır. Bu savaşda müsəlmanlar qalib gəlmiş və xeyli əsir almışdırlar. Peyğəmbərimiz səhabələrlə məsləhətləşdikdən sonra əsirlərin fidyə müqabilində sərbəst buraxılmasını əmr etmişdir. Amma fidyəyə gücü çatmayanların hər biri on müsəlmana oxuyub-yazmaq öyrətməli, bundan sonra sərbəst buraxılmalı idilər. Zeyd ibn Sabit məhz bu cür oxuyub-yazma öyrənənlərdəndir.
Hz.Peyğəmbər elm öyrənmək üçün yer, zaman və cins fərqinin önəmli olmadığını bildirmişdir. Rəsuli-Əkrəmin belə buyurduğu rəvayət olunur:
“Çində də olsa elm öyrənin (Süyuti, Feyzu-l-Qadir, c.1, s.542).
Bu gün elmin və texnikanın nailiyyətlərindən bol-bol bəhrələnən müsəlmanların elmlə məşğul olmamaları təsəvvür edilə bilərmi? Qurani-Kərim düşmənlərimizə qarşı gücümüzün yetdiyi qədər güvvə hazırlamağımızı əmr edir. Müasir dövrdə elm və texnikanın sürətlə inkişaf etdiyi bir zamanda ən müasir silahlarla silahlanmağımızın zəruriliyi bildirilir. Bu isə yalnız elmlə mümkündür. Quran yalnız dini elmləri öyrənməyimizi deyil, digər pozitiv elmləri də öyrənməyimizi tövsiyə etmişdir. Qurani-Kərim yer, göylər və onlardakı yaradılış incəliklərindən bəhs edir və bu mövzularda düşünməyimizi istəyir. Bu isə yalnız dini və dünyəvi elmlərə bələd olmaqla mümkündür.
Uşaqlarımıza mal-mülk miras qoymaq əvəzinə, malımızı onların elm, bilik sahibi olmaları üçün xərcləməliyik. Diqqət edin, Hz.Əli əleyhissəlam nə gözəl buyurmuşdur: “Elm maldan xeyirlidir. Çünki malı xərclədikcə azalır, elmi isə xərclədikcə çoxalır” (Qəzali, İhyau ulumu-d-din, c.1, s.7).
Bir hədisi-şəriflə söhbətimi tamamlamaq istərdim. Sevgili Peyğəmbərimiz buyurur:
“Ya öyrədən, ya öyrənən, ya dinləyən, ya da elmi sevən ol, fəqət beşincisi olmaqdan çəkin, çünki həlak olarsan”.