İslam dövlətlərində hökmdar qadınlar

Hələ çox qədim zamanlardan igid, qorxmaz, hünərli, tədbirli, sərkərdə qadınlar haqqında folklor ədəbiyyatında əfsanələr, nağıllar mövcuddur. Məlumdur ki, müxtəlif dövlətlərin taleyində mühüm xidmətlərə nail olmuş hökmdar qadınlar da öz adlarını dünya tarixinin səhifələrinə əbədi yazıblar. Avropada, xüsusilə İngiltərə və Rusiyada daha çox qadın hökmdarlar olmuş və onlar öz ölkələrinin tarixində mühüm rol oynamışlar. Hətta belə bir fakt da danılmazdır ki, XVIII əsr Rusiya üçün qadın səltənəti əsri olmuşdur. Afrika dövlətlərində də dörd qadın hökmdarın adı çəkilir. Bəs müsəlman ölkələrində necə, qadınlar taxt-tac sahibi olublarmı? Aparılan araşdırmalar, xüsusi ilə də türkiyəli ilahiyyatçı alimlərin tədqiqatları bu istiqamətdə maraqlı faktlar üzə çıxardı. İslam dövlətlərində 17 qadın hökmdar müəyyən edilib. Öz adına pul kəsdirmiş, adı cümə namazlarında çəkilmiş, hakimiyyəti tam təsdiq edilmiş qadınlar hökmdar kimi qəbul edilmişdir. Qəzetin bu sayından başlayaraq həmin xanımlar barəsində qələmə aldığım məqalələri sizə təqdim edəcəyəm. Əksəriyyəti türk əsilli olan səltənət qurucularını siz də tanıyın.
SULTAN RAZİYYƏ
Dehli müsəlman türk dövlətinin sultanı Raziyyə xatun İspaniyadan İndoneziyaya qədər üç qitənin üzərində yerləşən müsəlman dövlətlərində ilk hökmdar qadın olmuşdur. Onun taxt-tac sahibi olmasının maraqlı tarixcəsi var. Vaxtı ilə Hindistanın bir çox mühüm əyalətlərinin türk sultanları tərəfindən fəth edilməsi islamın bu yerlərdə geniş yayılmasına və türk-müsəlman hakimiyyətinin qurulmasına səbəb olmuşdur. XIII əsrin ilk qərinəsində Dehli turk və müsəlman dövlətinin hökmdarı Şəmsəddin İltutmuş cəsarəti, igidliyi, elmə və sənətkara göstərdiyi diqqətə görə tarixdə ad qazanıb. O, sultanlıq etdiyi torpaqlarda rəyiyyətlə çox mehriban davranar, atla şəhəri gəzər, xalqın dərdini dinləyərmiş. Sarayın qapısında mərmərdən iki aslan heykəli qoydurmuşdu və hər ikisinin boyynuna zənglər asdırmışdır ki, şikayətçilər günün, gecənin hansı vaxtı gəlsələr belə onu çagıra bilsinlər.
Təbii ki, Şəmsəddin İltutmuş vəliəhd barəsində də fikirləşirdi. Oğlu Nəsirəddin Mahmudun haqqında qərarlıydı. Çox bacarıqlı və mərhəmətli olan Nəsrəddinin qəfil ölümü atanın arzusunu ürəyində qoyub. Düşüncələrində yalnız qızı Raziyyəni taxtda görə bilirdi. Çünki digər oğulları əyləncə və içki aludəçiləri kimi atalarının gözündən düşmüşdülər.Vəzir və əmirlərini yanına çağıraraq sultan taxtı üçün qızını vəliəhd təyin etdiyini xəbər verib. Bunun üçün vəzirinə qərarnamə hazırlamağı əmr edib.
Bu qərarnamə hazırlanarkən, sultanın yaxınları oğlanları olduğu halda qızının Müsəlman hind sultanlığının vəliəhdi təyin etməsinin səbəbini soruşublar və hətta hökmdarın bu qərarının münasib saymadıqlarını da söyləyiblər. Sultan Şəmsəddin İltutmuş oğlanlarının heç birinin dövlət işlərini idarə etməyə yaramadığını, amma gələcəkdə Raziyyə hökmdar olarsa onun vəliəhd təyin edilməsinin doğruluğunu görəcəklərini bildirib.
Raziyyə həqiqətən də hökmdarlara məxsus keyfiyyətlərilə seçilirdi. Qardaşlarından daha çox cəsur, cəngavər olmaqla yanaşı, mərd, ürəkli və gözəl qadın idi. Anası Türkan xanım da hərəmxananın ən mötəbər qadınlarından sayılırdı. Raziyyənin vəliəhd təyin edilməsi Şəmsəddinin digər hərəmi Şah Türkanı bərk qəzəbləndirir. Nifrəti düşmənçiliyə çevrilir və oğlu Rüknüddini öyrətməyə başlayır ki, sultan sən olmalısan. Şəmsəddin İltutmuşun ölümündən sonra sarayda əmirlər iki cəbhəyə ayrılıblar. Hiylə və xəyanət öz işini görüb. Taxta Raziyyə deyıl, Rüknüddin çıxarılıb. Onun da içki və əyləncə düşkünü olması anasının işinə yarayıb. İdarəetməni əlinə alan Şah Türkan ilk növbədə ərinin başqa arvadlarından olan övladlarına zülüm verib. Kiminin gözlərini çıxartdırır, kimini zindana atdırır, Raziyyəni öldürəcəyi ilə hədələyir və əhalini də cana yığmaqdan sanki xüsusi ləzzət alirdı. Cəmi altı ay 28 gün davam edən bu hökmranlığa dehlililər üsyan edərək son qoydular. Həqiqi vəliəhd-Raziyyə xanım taxta gətirildi. Beləliklə, 1236-cı ildə sultanlıq taxtına ucalan Raziyyə xalqa qarşı çox alicənablıq göstərdi. Onu hər yerdə məhəbbətlə qarşılayıb, qarşısında təzim edirdilər.
“Dinin və dünyanın sevimlisi” , “Qadınların dayağı” kimi adlarla xitab edilən Raziyyə Xatun hökmranlığının ilk illərində kəsdirdiyi pulların üzərinə “...əsrin hökmdarı Sultan Raziyyə Şəmsəddin İltutmuşqızı” sözlərini yazdırıb. Taxta çıxdığı gündən uzun və yorucu çarpışmalarla qarşılaşan Sultan Raziyyə müxtəlif üsyanları yatırdı, müharibələri idarə etdi. Deyilənə görə qarışıq zamanlarda Sultan Raziyyə kişi paltarı geyərək xalq arasına çıxarmış. İslam dünyasının ilk və ən qüdrətli qadın hökmdarı olan Sultan Raziyyə dəfələrlə xəyanətkar qohumlarının, qısqanc və paxıl əmirlərin zərbələrinə tuş gəldi. Dedi-qodulardan üzüldü, amma hökmdar kimi də, dəyanətli xatun kimi də həmişə öz məğrurluğu və şücaəti ilə düşmənlərinə meydan oxudu.
Sultan Raziyyənin hökmdarlığı dörd ildən artıq çəkib. O, qüdrətli, nümunəvi və ədalətli hökmdar olub. Ölkəsi üçün faydalı işlər görməklə yanaşı, mərhəmət və adilliyinə görə də xalq tərəfindən sevilib. Ondan sonra taxta gələn kişilər bu xanım qədər çarpışmaların önündə dəyanət göstərə bilmədilər.
Onun ölümü ilə də bağlı müxtəlif versiyalar var. Bir mənbədə əsir aparılaraq öldürüldüyü, digər bir məlumatda tamah məqsədilə-üstündəki qaş-daşları götürmək üçün yatdığı yerdə qətlə yetirildiyi bildirilib. Bir məsələ isə bütün səyyah və tarixçilər tərəfindən eyniliklə təsdiqini tapıb ki, sultan Con (Camnə) çayı sahilində dəfn edilib. Qəbrinin üstündə kümbəz tikilib və o yer ziyarətgaha çevrilib.
Sultan Raziyyə döyüşkən əsgər, bacarıqlı sərkərdə, ölkəsini gözəl idarə edən hökmdar olmaqla yanaşı, həm də dövrünün incə ruhlu bir şairi kimi də adını tarixə həkk etdirib. Şirini Dəhləvi və ya Şirini Quri təxəllüsləri ilə şeirlər yazarmış. Şeirlərindən gələn bir fikir adamı həqiqətən valeh edir: “Mən ayağımın bərəkəti ilə fələyi səltənət taxtına çevirərəm. Humayunun qanadlarından milçəkləri qovmaq üçün istifadə edərəm”. Bu cür poetik hökmü ancaq sair ruhlu bir hökmdar xanım verə bilərdi. “Bizim qılınc kimi qəzəbli baxışımızdan günəşin şüaları titrəyir belə” fikrini də məhz Sultan Raziyyə düşünə bilərdi. Başqa bir beytindəki etiraf da diqqətimi çəkdi: “Başımıza hər nə gəlirsə, hamısı özümüzdəndir. Biçarə könlün nə təqsiri var. O zavallı da bizim qəmimizdən ölmüşdür”. Bu fikirlərin yazılmasından 800 il ötür, amma bu gün də aktualdır. Adamın özünə etdiyi pisliyi yüz fələk də yığışsa bacarmaz. Sultan Raziyyə şeirə çox tələbkarlıqla yanaşar, hər “şairəm” deyəni bəyənməz, onları “ağızlarında qarğa gəzdirən” adlandırarmış. Bu sahədə də sultanlıq edən Raziyyə Xatuna görə əsil şeir deyənlər xoş nəğmələr oxuyan bülbül kimidir.
Nəcib insanları tanımaq, onların xeyirxahlıqlarını öyrənmək həqiqətən çox önəmlidir. Heç ola bilməz ki, yaxşılardan nəsə əxz etməyəsən. Hökmdar qadın kimi ilkin olsa da, əslində onun sultanlığı tarixin arxivinə verilib. Amma bir şair kimi Sultan Raziyyənin yazdıqları dünya ədəbiyyatının inciləridir. Bu yerdə Aşıq Şəmşirin çox sevdiyim misralarını xatırladin: “Hanı xan xaqanlar, gəldimi, gəldi, getdimi, getdi...”