İlk öpüşü dəhşətli olub: “Ağlayırdım”
Məşhur amerikalı
tennisçi Serena Uilyams şəxsi həyatı barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Uilyams ilk dəfə kiminlə
öpüşdüyü barədə məlumat verib. O, ilk öpüşdən sonra onda pis əhval-ruhiyyə
yarandığını etiraf edib:
"İlk öpüşüm dəhşətli
idi, onu heç vaxt unutmayacağam. İlk öpüşü həyatımdakı ən pis hadisələrdən biri
sayıram. Demək olar ki, 18 yaşım var idi və sevgilim artıq məktəbi bitirmişdi.
Və məni öpdü - məncə,
hər şeyi də qaydasında etdi. Ancaq mənə çox pis oldu. Dəhşətli idi, mədəm
ağrıyırdı.
Evə qaçdım və rəfiqələrimə
hər şeyi danışdım. Mən ağlaya-ağlaya deyirdim: "O, məni öpdü, amma ona nifrət
edirəm". İlk öpüşüm həqiqətən də dramatik alındı”.