II Cahan müharibəsi və milli kinomuz

Müharibə mövzusundakı ekran əsərləri bu gün də yüksək rejissor peşəkarlığı və aktyor oyunu ilə bədii dəyərini qoruyur
Milli kinomuzun tarixində II Cahan müharibəsinin ekran təcəssümü parlaq səhifələrdən biridir. Xalqımızın tarixi salnaməsidir bu səhifə. Mərdlik, yenilməzlik, qalibiyyət məktəbidir. Milli-mənəvi dəyələrimizə işıq tutur, nur çiləyir... Bu səhifənin tarixi işığında düşməni lərzəyə salan cəsarətimiz, mətinliyimiz, milli vüqarımız hamıya aydın görünür...
"Uzaq sahillərdə", "Onun böyük ürəyi", "Bizim küçə", "Dağlarda döyüş", "Torpaq. Dəniz. Od. Səma", "Mən ki gözəl deyldim", "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Bakıda küləklər əsir", "Tütək səsi", "Sizi dünyalar qədər sevirəm" və s. filmlər 9 May Qələbə günündə xalqımızın şərəfli rolunu bədii ekran dilində ifadə edir.
Bu gün həmin tarixi qələbədən 70 il ötür... Alman faşizmi üzərindəki qələbədə xalqımızın böyük rolu hər birimizə sonsuz fərəh və qürur hissi yaşadır.
II Cahan müharibəsində ilk dəfə kinorejissor Ağarza Quliyevin sənətkar səsi azərbaycanlıların döyüş rəşadətini əks etdirən bioqrafik qısametrajlı filmlərdən gəlir. O, 1941-ci ildə qəhrəmancasına həlak olan siyasi rəhbər Kamal Qasımovun şücaətini "Vətən oğlu" adlı qısametrajlı filmdə canlandırır. 1942-ci ildə isə Ənvər Məmmədxanlı və Abbas Zamanovun ssenarisi əsasında çəkdiyi "Bəxtiyar" qısametrajlı filmində döyüşçü Bəxtiyar Kərimovun obrazı işıqlı əksini tapır.
Müharibə mövzusunda çəkilən filmlər sırasında Tofiq Tağızadənin 1957-ci ildə Həsən Seyidbəyli və İmran Qasımovun ssenarisi əsasında lentə aldığı "Uzaq sahillərdə" kinorejissorun yeni nailiyyəti olur. Müzakirələrdə filmin ssenarisini Bədii Şura birmənalı qarşılamır. Süjet xəttinə, kompozisiyaya, qəhrəmanlara ciddi iradlar səslənir. Mənfi qəhrəmanların guya nisbətən zəif işlənməsi tənqid atəşinə tutulur. Mehdi Hüseynzadənin kifayət qədər dolğun obraz olmadığı rəylərdə geniş yer alır. Hətta ssenarinin uğurlu ekran həlli şübhə altına alınır.
Kinorejissorun Mehdi Hüseynzadə roluna Nodar Şaşıqoğlunu çəkməsi də mübahisələrlə nəticələnir. Bədii Şurada Tofiq Tağızadə aktyorun obrazı yarada bilməyəcəyi kimi iradlarla toqquşur. Dövrünün kifayət qədər tanınmış və səlahiyyətli həmkarlarının kəskin tənqidi fikirləri kinorejissoru ruhdan salmır. Özünəməxsus cəsarət və qətiyyətlə filmin çəkilişlərinə başlayır.
Film ekranlara çıxanda Tofiq Tağızadənin baş rolun seçimində nə qədər haqlı olduğu bir daha təsdiqlənir. Bu obraz Nodar Şaşıqoğlunun vizit kartına çevrilir. O, sənət aləmində "Mixaylo" ləqəbi ilə tanınır.
Ələsgər Ələkbərovun Ferrerosu, Adil İsgəndərovun Rosselinisi aktyorların ifadəli oyunu ilə seçilir. Film boyu bir neçə epizodda görünən Adil İsgəndərov Rosselini obrazını lakonik cizgilərlə canlandırır.
Tofiq Tağızadə filmin kompozisiyasında vizual montaj elementlərindən bacarıqla yararlanır. Mehdinin xəyalən Bakının küçələrində Anjelika ilə gəzməyi, Anjelikanın bağda ona meyvə dərib gətirməsi filmə lirik ovqat gətirir. Kinorejissor Mehdinin gözləri qarşısında canlanan saysız əməliyyatların, qayalara çırpılan coşqun dəniz kadrlarının fonunda Qəhrəman-Rəssam Mehdi Hüseynzadəmizin obrazını ümumi kompozisiya ilə vəhdətdə yaratmağa nail olur.
"Uzaq sahillər"də təsvirlərin bədii reallığı və dolğunluğu Tofiq Tağızadənin müharibənin dəhşətlərilə bədii ədəbiyyatdan, filmlərdən, xatirələrdən deyil, keçdiyi cəbhə yollarından tanışlığı qazanılan sənət uğurunda təsirsiz ötüşmür.
1958-ci ildə quruluş verdiyi "Onun böyük ürəyi" kinorejissor Əjdər İbrahimovun ilk müstəqil filmidir. "Onun böyük ürəyi" bədii məziyyətlərilə keçmiş sovet kinosunda müharibə mövzusunda çəkilən filmlər sırasında xüsusi yer tutur. Müxtəlif zaman dövrləri filmin süjet xəttində üzvi şəkildə birləşir. Hadisələrin bədii inkişafında ən ali duyğular- Vətən sevgisi, vətənpərvərlik, ülvi məhəbbət, fədakarlıq ön plana çəkilir.
Mənəvi saflığa çağırış filmin əsas leytmotividir. Yenilməz insan iradəsi, iç dünyası bədii vüsətlə tərənnüm olunur. Ön cəbhə ilə arxa cəbhənin ayrılmazlığı, üzvi əlaqəsinin təcəssümü Əjdər İbrahimovun rejissor məharətinin aydın ifadəsidir. Atəş xəttində sinəsini sipər edən döyüşçüləri arxa cəbhədə fədakarlıqla çalışanları böyük Vətən sevgisi, qələbəyə inam birləşdirir.
"Onun böyük ürəyi"ndə Səmayənin sədaqəti, arxa cəbhədəki hünəri II cahan müharibəsində mərd azərbaycanlı qadının şəxsiyyətini, kövrək ana qəlbinin duyğularını, hiss və çırpıntılarını aydın səciyyələndirir. Tamilla Ağamirova-Səmayə ömür-gün yoldaşı Oqtay ilə Vətənin əsgəri kimi öyünür. Böyük qürur, fəxarət hissi yaşayır. Səmayə Mənsurun cəbhəyə-Vətənin müdafiəsinə getdiyi üçün hətta yalan danışmaqdan belə çəkinmir. Bu addım isə heç şübhəsiz, onun böyük ürəyi-mənəvi ucalığıdır.
Salman Dadaşovun Oqtayı, Leyla Bədirbəylinin Xalidəsi, Nodar Şaşıqoğlunun Mənsuru xarakterik xüsusiyyətlərilə yadda qalır. Ağır döyüş səhnələri kinorejissorun cəbhə həyatına dərindən bələd olduğunu göstərir.
1961-ci ildə Əlisəttar Atakişiyev yazıçı İmran Qasımovun ssenarisi əsasında çəkdiyi "Bizim küçə" filmində hadisələr sülh dövründə baş versə də, müharibənin sağalmaz yaraları hələ də insanların qəlbində yaşayır. Vətən sevgisi, yüksək insan mənəviyyatı, ülvi duyğular filmin əsas aparıcı mövzu xətlərdir.
Filmin uğurunda rejissorun məharətlə seçdiyi aktyor ansamblının da öz yeri var. Baş qəhrəman Sara roluna rejissor Əlisəttar Atakişiyev təsadüfən gördüyü Rima Məmmədovanı çəkməyi qərarlaşdırır. İxtisasca aktrisa olmayan Rima Məmmədova yaddaqalan ekran obraz yaradır. Ətayə Əlieva-Bəyim, Ağadadaş Qurbanmov-Bəhram, Gündüz Abbasov-Rasim, Nodar Şaşıqoğlu-Mehdi Hüseynzadə, Səfurə İbrahimova-Asya kimi bitkin obrazlarla tamaşaçı sevgisi qazanır.
1968-ci ildə nümayiş olunan "Mən ki gözəl deyildim" bədii məziyyətlərilə milli kino sənətimizin əlamətdar səhifələrindən biridir. İkinci Cahan müharibəsinin faciələri Ağarza Quliyevin və Tofiq Tağızadənin ekran dilində kiçik bir kəndin timsalında göstərilir.
Filmi Ağarza Quliyev gənc rejissor Ramiz Əsgərovla birgə çəkməli idi. İlk çəkiliş günündə Ramiz Əsgərov pirotexnikin səhvi üzündən baş verən partlayış nəticəsində həlak olur. Filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov isə yaralanır. Bütün bunlar azmış kimi kinorejissor başqa bir faciə ilə də üzləşir. Ağaraza Quliyevin oğlu Odessada film çəkərkən dünyasını dəyişir. Bu ağır kədərləri qəlbində yaşadan Ağarza Quliyev sonuncu filminə imza atır. Həyatda oğlunu itirən Ağarza Quliyev rejissoru olduğu filmdə cəbhədən qara kağız alan Rəhim baba obrazını da aktyor kimi məharətlə oynayır.
Baş qəhrəman Səidənin taleyi filmin fabulasında əsas mövzu xəttidir. Cəbhəyə yola saldığı atasının ölümündən xəbərsiz olan Səidə əsgər məktublarını ünvanlara çatdırır. 16 yaşlı məktəbli qızcığazın - Xuraman Qasımovanın oyunu 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının III zona kinofestivalında ən yaxşı qadın ifasına görə diploma layiq görülür.
1969-cu ildə Şamil Mahçudbəyovun "Şərikli çörək" filmi dövrün maraqlı sənət hadisələrindən birinə çevrilir.
Alla Axundovanın "Azərbaycanfilm"ə təqdim etdiyi "Şərikli çörək" ssenarisi bir çox rejissorların zövqünü oxşamır. Rəylərdə guya dinamikanın zəifliyi, hadisələrin sönük və bəsit olması göstərilir. Təsadüfən ssenarilə tanış olan Şamil Mahmudbəyov heç bir düzəliş və redaktə etmədən onu ekranlaşdırır. Uşaq filmlərinin mahir rejissoru kimi imzasını təsdiqləyən Şamil Mahmudbəyov "Şərikli çörək" filmində də sənətkar sözünü deyir. Bəstəəkar Vasif Adıgözəlovun musiqisi filmin dramaturji xətti, əsas leytmotivilə yaxından səsləşir.
Şamil Mahmudbəyovun orijinal rejissor üslubu, canlı, həyati təsvirləri gözlənilən uğuru gətirir. 1970-ci ildə kinorejissor Şamil Mahmudbəyov və filmin ssenari müəllifi Alla Axundova yüksək mükafata - Dövlət mükafatına layiq görülür.
1975-ci ildə Rasim Ocaqov yazıçı-kinodramaturq İsa Hüseynovun "Tütək səsi" və "Saz" povestlərinin motivləri əsasında "Tütək səsi"nə quruluş verir. Hadisələr Azərbaycanın kəndlərindən birində cərəyan edir. Kəşfiyyatçı düşmən təyyarəsi ilə bağlı epizodlar nəzərə alınmazsa, filmdə döyüş səhnələrini əks edən epizodlar yoxdur.
Rasim Ocaqov tamaşaçıları peşəkar rejissor quruluşunda müharibənin ağır faciələri, törətdiyi dəhşətlər, insanların yaşadıqları məhrumiyyət və sarsıntılarla qarşılaşdırır. Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev, Səfurə İsmayılova, Şükufə Yusifova, Akif Məhərrəmov aktyor oyunu ilə unudulmur.
Filmdə Rasim Ocaqovun milli çalğı alətlərinə, xalq musiqinə, obrazlı müraciəti olduqca önəmlidir. Hadisələrin ümumi inkişaf xəttində filmdə səslənən tütək və saz bədii detal kimi müstəsna rol oynayır. İsfəndiyar kişinin obrazını Məmmədrza Şeyxzamanov xüsusi sənətkarlıqla oynayır. İsfəndiyar kişinin sazda ifa etdiyi "Ruhani" havası hadisələrin inkişaf xəttində rejissor fikrinin qüvvətli akkordları kimi səslənir.
1985-ci ildə çəkilən Rasim İsmayılovun "Sizi dünyalar qədər sevirəm" filmi Azərbaycanın igid oğlu iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanova həsr olunur. Generalın həyat və döyüş yolunda müəlliflər real hadisələrə istinad edir. Mövzu xətlərinin inkişafında tarixilik prinsipi qorunur. Kütləvi döyüş səhnələrini bədii siqləti ilə müharibənin sənədli kadrlarına çox yaxındır. Rejissor Rasim İsmayılov Həzi Aslanovun obrazını hələ kinoda özünü tam təsdiqləməyən Ramiz Novruzova həvalə edir. Bu filmə qədər yalnız epizodda görünən Ramiz Novruzov rejissorun böyük sənət etimadını doğruldur.
II Cahan müharibəsi mövzusundakı ekran əsərləri bu gün də yüksək rejissor peşəkarlığı və aktyor oyunu ilə bədii dəyərini qoruyur. Bu filmlər milli kinomuzun ən gözəl ənənələrinin, müxtəlif forma və üslub axtarışlarının nümunəsidir.
HATƏM ƏSGƏROV
Azərbaycan Televeziyası və Raduosu
Qapalı Səhmdar Cəmiyyətinin ştatdankənar əməkdaşı