• çərşənbə, 17 Aprel, 02:16
  • Baku Bakı 14°C

Çətin və həlledici mübarizədə həmrəylik nümayiş etdirməliyik

04.07.20 10:00 701
Çətin və həlledici mübarizədə həmrəylik nümayiş etdirməliyik
Dünyanı bürüyən koronavirus pandemiyası təəssüf ki, Azərbaycanı da cənginə alıb. Dövlətimizin başçısının göstərişi ilə əhalinin sağlamlığının daim diqqətdə saxlaması məqsədilə həyata keçirilən tədbirlər bu təhlükəli virusun ciddi fəsadlara səbəb olmasının qarşısının alınmasında mühüm rol oynadı. Pandemiyanın geniş yayılmaması üçün hər birimiz karantin rejiminin tələblərinə ciddi əməl etməliyik. İdman yarışları, turnirlər, eləcə də təhsil ocaqlarında dərslər dayandırılsa da, biz idmançılar formada qalmaq üçün məşqləri evdə davam etdiririk.
Bu sözləriAZƏRTAC-a müsahibəsində karate üzrə dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olan Rafael Ağayev deyib.
Məsuliyyətli olmaqla, nizam-intizam qaydalarına əməl etməklə, özümüzü, uşaqlarımızı, yaxınlarımızı bu infeksiyadan qoruya biləcəyimizi deyən titullu idmançı bildirib: "Ölkəmizdə virusa yoluxanların sayının getdikcə artması hamını ciddi narahat etməlidir. Diqqət etsək görərik ki, hansı ölkələrdə əhali karantin qaydalarına əməl edirsə, həmin ölkələrdə xəstəliyə yoluxanların sayı getdikcə azalır. Hər bir kəs öz üzərinə düşən məsuliyyəti dərk etməli, gigiyena qaydalarına ciddi əməl etməklə əsaslı səbəb olmadan evdən çıxmamalı, özünü, yaxın və doğmalarını, ətrafındakıları qorumalıdır. Koronavirus pandemiyasına qarşı çətin və həlledici mübarizədə həmrəylik nümayiş etdirməliyik. Biz birlikdə güclüyük”.
banner

Oxşar Xəbərlər