şənbə, 21 May, 12:39

Baku Bakı 20°C

Ərəblərin Azərbaycanda qanunsuz quş ovlaması ilə bağlı araşdırma aparılır - RƏSMİ

icon 152 icon 25 yanvar 2022 | 12:30 Ərəblərin Azərbaycanda qanunsuz quş ovlaması ilə bağlı araşdırma aparılır - RƏSMİ

Tovuzda xarici turistlərin qanunsuz ov etdiyi iddia olunur.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, ərəb turistlər bəzgək ovlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaOxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar:
"Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.
Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxildir.