Ehsanın dini-istilahi mənası

"Gözəl olmaq" mənasındakı "hüsn" kökündən törəmiş "ehsan" sözü, ümumən, "başqasına yaxşılıq etmək" və "etdiyi işi gözəl etmək" şəklində qismən fərqli olan iki mənada işlədilir. Bir nəfərin gördüyü işin ehsan sayıla bilməsi üçün onun nəyi necə etməsinin vacibliyini bilməsi və bu bildiyini ən gözəl şəkildə həyata keçirməsidir. Hz.Əli (ə.s.): "İnsanlar işlərini ehsanla etdiklərinə görə dəyər qazanırlar" deyərkən bunu nəzərdə tutmuşdur. Allahın hər şeyi ehsanla yaratdığını əks etdirən ayədə "ehsan" istilahı məhz "gözəllik" mənasındadır (əs-Səcdə, 32/7). Əxlaq ədəbiyyatında ehsan, ümumiyyətlə, "daha çox yaxşılıq etmək" mənasında işlədilir. Rağib əl-İsfahaniyə görə, ehsan ədalətin fövqündə dayanan bir dərəcədir. Ədalət – üzərinə düşən borcu ödəmək, alacağını almaqdırsa, ehsan öhdəsinə düşəni artıqlaması ilə vermək, alacağı şeyin isə daha azını almaqdır. Buna görə də ədalətə riayət etmək vacib, ehsana riayət etmək isə məndubdur (Məndub – yerinə yetirilməsinin vacib olmadığı bir davranışdır. Məndub işi yerinə yetirən savab qazanır, yerinə yetirməyən isə qınanılmır. Əslində məndub sünnə, müstəhəb, nafilə istilahları ilə üst-üstə düşür).
Qurani-Kərimdə "ehsan" istilahı həm Allaha, həm də insanlara aid edilərək, məsdər, feil və isim şəklində yetmişdən artıq ayədə zikr edilmişdir. Bu ayələrin bir qismində "başqasına yaxşılıq etmək", digər qismində "etdiyi işi gözəl etmək" və s. mənalarda işlədilmişdir. İstər Qurani-Kərimdə, istərsə də hədislərdə bu söz Allaha aid edildikdə, Onun qüsursuz Yaradıcı olmasını, bəndələrinə lütfkarlığını, comərdliyini ifadə edir: "O, yaratdığı hər şeyi gözəl yaratmışdır" (əs-Səcdə, 32/7); "O, göyləri və yeri haqq və hikmətə uyğun olaraq yaratdı. Sizə surət verdi və surətlərinizi də gözəl etdi. Dönüş yalnız Onadır" (ət-Təğabun, 64/3); "Allahın sənə verdiyi ilə axirət yurdunu ara. Dünyadan da nəsibini unutma. Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fəsad çıxartmağı arzu etmə. Çünki Allah fəsad çıxaranları sevməz" (əl-Qəsəs, 28/77); "Həqiqətən, Allah ona gözəl bir ruzi ehsan etmişdir" (ət-Talaq, 65/11) və s.
Hz.Peyğəmbər belə dua edərdi: "Allahım, yaradılışımı gözəl etdiyin kimi, əxlaqımı da gözəl et!". Allahın etdiklərinin gözəlliyi və mükəmməlliyi eyni zamanda Onun lütfkarlığıdır.
"Allahın quluna qarşı comərdliyi, layiq olduğundan artığını verməsi, işini rast gətirməsi" mənasında olan "ehsan" kəlam ədəbiyyatında əksər hallarda "lütf" kəlməsi ilə ifadə edilmişdir.
Allahın kimlərə nə şəkildə lütf edəcəyi, insanlarla fərqli şəkildə davranıb-davranmayacağı kimi məsələlər daha çox mötəzilə və əhli-sünnə arasında mübahisə mövzusuna çevrilmişdir. Bu mübahisədə mötəzilə ədalət prinsipini önə çıxarmış, əhli-sünnə isə Allahın iradəsini hər cür məhdudlaşdırmanın fövqündə görən bir yol seçmişdir. Bu məsələdə əhli-sünnənin görüşlərini qəbul edən təsəvvüf əhli isə mövzunu Allah – qul münasibətlərinin əxlaqi ölçüsü baxımından nəzərdən keçirmişdir.
Sufilər istər kainatda, istərsə də insanda gördükləri bütün gözəllikləri və nemətləri ilahi varlığın və gözəlliklərin təcəllisi kimi qəbul edirdilər. Buna görə də onlar insanın ontoloji baxımdan gerçək varlıq olaraq Allahı tanımasının, əxlaqi yöndən yalnız Ona qul olmasının, istənilən şəraitdə həqiqi nemət, ehsan və lütf sahibi kimi sadəcə Onu tanıyıb bütün ruhu ilə Ona yönəlməsinin və Onu sevməsinin, digər bütün şeyləri isə Ondan ötrü sevməsinin zəruriliyini dərk etmişdirlər.
Ayə və hədislərdə insana aid edilən "ehsan" termini iki mənada anlaşıla bilər: 1) "Etdiyini gözəl etmək". Bu zaman qul Allaha qarşı dərin sevgi, bağlılıq və itaət ruhu hiss edir. Ruh halının nəticəsi gözəl davranışlarda əks olunur. Hz.Peyğəmbərin (s.a.s.) "Cibril hədisi" kimi tanınan "Ehsan, Allahı görür kimi ibadət etməndir, çünki sən Onu görməsən də, O səni görür" açıqlaması ehsanın ən gözəl tərifi kimi qəbul edilmişdir. Hədisdə ehsanın ixlaskarlıq və səmimiyyətlə sıx bağlı bir anlayış olduğnun fərqinə varılmışdır. Hətta müxtəlif ayələrdə ehsan və təqva istilahları arasında semantik bir bağlılığın olduğu açıq-aşkar zikr edilmişdir. Məsələn, əl-Maidə surəsinin 93-cü ayəsində deyilir: "İman edib saleh əməllər işləyənlərə Allaha qarşı çıxmaqdan çəkindikləri, iman etdikləri və saleh əməl işlədikləri, sonra Allaha qarşı çıxmaqdan çəkindikləri və iman etdikləri, sonra yenə Allaha qarşı çıxmaqdan çəkindikləri və yaxşılıq etdikləri təqdirdə dadmış olduqları şeydən ötrü günah tutulmaz. Allah yaxşılıq edənləri sevər". Ehsan – təqva münasibətlərini ortaya qoyan digər bir ayəyə diqqət edək: "Kim Allaha dərin sayğı duyar (təqva) və səbir edərsə, bilməlidir ki, Allah yaxşı davrananların (muhsinin) mükafatını əsla zay etməz" (Yusuf, 12/90). "Əgər yaxşılıq edib Allaha qarşı çıxmaqdan çəkinsəniz, həqiqətən, Allah etdiklərinizdən haqqı ilə xəbərdardır" (ən-Nisa, 4/128). "Şübhəsiz, Allah Ona qarşı çıxmaqdan çəkinənlər və yaxşılıq edənlərlə birlikdədir" (ən-Nəhl, 16/128).
Bundan başqa iki surədə bəzi peyğəmbərlərin adları xatırlanır, onlara "muhsinlər" deyilir, ehsanın peyğəmbərlərin timsalında qüsursuz dindarlığı və gözəl davranışları ifadə etdiyini göstərir. Xüsusilə, mütəsəvviflər Cibril hədisinə və bu hədisdə keçən "Ehsan Allahı görür kimi ibadət etməndir..." ifadəsinə xüsusi bir maraq göstərmişlər. Din elmlərini Quran elmi, sünnə elmi, imanın həqiqətləri elmi şəklində üç qismə ayıran Əbu Nəsir əs-Sərrac bütün bu bilgilərin əslinin sözügedən hədis olduğunu söyləyir. O, hədisdəki İslamı "zahir", imanı "batin", ehsanı isə "zahirlə batinin həqiqəti" şəklində səciyyələndirmişdir. Hərəvi isə eyni hədisi təsəvvüf əhlinin izlədiyi seyru-sülukun bir xülasəsi hesab edir. Təsəvvüfdə önəmli yeri olan müraqəbə də bu hədislə əlaqələndirilir. Çünki müraqəbə qulun hər an Allah tərəfindən sınağa çəkilməsi inancına bağlıdır.
2) Ehsan insanın, başda ata-ana olmaqla, digər insanlara qarşı sevgi və mər¬hə¬mət¬lə davranışını ifadə edir. Qurani-Kərimin müxtəlif ayələrində "muhsinun" adlan¬dırılan möminlərin mərhəmət ruhunu əks etdirən bəzi üstün xüsusiyyətlərdən bəhs edilmiş, ehsan məfhumunun əhatəsinə daxil olan fəzilətlər sadalanmışdır. Bunlardan bəzilərini qeyd etmək olar: qəzəbə hakim olma, əfv etmə, rəhmdillik, səbir. Bu keyfiyyətləri əks etdirən ayələrə diqqət edək: "Onlar bolluqda da, qıtlıqda da Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları əfv edərlər. Allah yaxşılıq edənləri sevər. Onlar (təqva sahibləri) pis iş gördükləri, və ya özlərinə qarşı pislik etdikləri zaman Allahı xatırlayıb dərhal günahlarının bağışlanmasını diləyərlər – Axı günahları Allahdan başqa kim bağışlaya bilər?! – və bilə-bilə etdiklərinə görə israr etməzlər" (Ali-İmran, 3/134-135); "Verdikləri sözün üstündə durmadıqları üçün onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar kəlmələri təhrif edib yerini dəyişdirirlər. Onlara edilmiş nəsihətdən (Tövratdan) bir pay almağı da unudurlar. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Yenə də sən onları əfv et və bağışla. Çünki, Allah yaxşılıq edənləri sevir" (əl-Maidə, 5/13); "Onlar: "Yoxsa sən elə Yusifin özüsən?!" – dedilər. O isə: "Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə yaxşılıq etdi. Doğrusu budur ki, kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbir etsə, şübhəsiz, Allah yaxşı işlər görənlərin mükafatını heç vaxt zay etməz" (Yusuf, 12/90).
Eyni zamanda ifratçılıqdan qaçma, qətilik, cəsarət, gözütoxluq və comərdlik də ehsan məfhumunun əhatə etdiyi fəzilətlərdəndir. Məsələn: "Onların sözləri yalnız: “Ey Rəbbimiz! Günahlarımızı və işlərimizdə ifrata varmağımızı bizə bağış¬la! Bizi sabit-qədəm et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– demək¬dən ibarət olmuşdur. Buna görə də Allah onlara həm dünya nemətini, həm də axi¬rə¬tin gözəl mükafatını verdi. Allah yaxşı iş görənləri sevər!" (Ali-İmran, 3/147-148).
Təfsir kitabları ilə yanaşı əxlaq və təsəvvüf kitablarında da ehsan məfhumu üzərində dayanılmışdır. Təbəri "Şübhəsiz, Allah ədaləti və ehsanı əmr edər..." (ən-Nəhl, 16/90) ayəsindəki ədaləti "tövhid kəlməsi", ehsanı isə "Allahın əmr və yasaqlarına boyun əymə, səbir edərək çətinliklərə qatlaşma" şəklində şərh edir. Bu ayə yaxşılıq və pislik mövzusunda Quranın ən əhatəli ayəsi hesab olunmuşdur. Bu baxımdan ədalət və ehsan anlayışları ilə əlaqədar izahlar verilmiş, nəticədə ehsan "insanın Allaha, bütün insanlara, hətta təbiətə qarşı yanaşmasında və davranışında ədalət ölçüsünün fövqünə qalxaraq imkan və qabiliyyəti çərçivəsində fədakarlıq və fəzilətin ən yüksək səviyyəsinə çatması" şəklində xarakterizə edilmişdir. Mövzuya sosial yöndən yanaşan İbn Miskəveyh xeyirxah və fədakar insanların içində daima başqalarına yaxşılıq etmə istəyinin olduğunu bildirərək bu yatqınlığı "zati-ehsan" adlandırmışdır. Qəzaliyə görə, əsl muhsin Allahdır. Hətta insanlar arasında ehsan sahiblərinin olması da Allahın bir lütfü sayıldığından əsl sevilməyə layiq olan da Allahdır. Belə ki, gerçəklik, yaxşılıq və gözəllik dəyərlərinin yetərincə fərqinə varılmadığı durumlarda sevgi "mən" mərkəzli olur. Ancaq Allahı camalına görə sevmək ehsanına görə sevməkdən daha üstündür.