• çərşənbə axşamı, 19 mart, 08:58
  • Baku Bakı 8°C

Dövlət Miqrasiya Xidmətinin beynəlxalq tərəfdaşları ilə birgə saytı işə başladı

23.01.20 12:45 1143
Dövlət Miqrasiya Xidmətinin beynəlxalq tərəfdaşları ilə birgə saytı işə başladı
Dövlət Miqrasiya Xidməti ilə beynəlxalq tərəfdaşların birgə hazırladığı "migrationto.az" saytı fəaliyyətə başlayıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Xidmət rəisi bildirib ki, sayt ölkəyə səfər edən əcnəbiləri miqrasiya perspektivindən məlumatlandırmaq üçün nəzərdə tutulub:"Saytda ölkəyə səfərin təyinat və məqsədindən asılı olmayaraq vizaların əldə edilməsi, əcnəbilərin ölkədə yaşaması üçün mövcud qaydalar və işgüzar fəaliyətə başlamaq üçün tələblər qeyd olunub. Veb sayt Azərbaycan dilindən başqa rus və ingilis dilində də fəaliyyət göstərir. Yaxın zamanlarda saytdakı məlumatların fransız və ərəb dillərində də yayımlanması nəzərdə tutulub".

V.Hüseynov saytda Azərbaycanın milli-mənəvi dəyərlərinin də təbliğ olunacağını qeyd edib.
banner

Oxşar Xəbərlər