• cümə, 29 Mart, 17:22
  • Baku Bakı 14°C

Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır

12.12.19 15:06 669
Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə deputatlar, ziyalılar və gənclər təşkilatlarının üzvləri iştirak edib.
Tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət bu gün də layiqincə davam edir: "O hər zaman Azərbaycan gəncliyinə önəm verib. Öz tarixini bilməyən gənc heç bir nəticə çıxara bilməz".
O qeyd edib ki, ümummilli lider barədə bir çox kitablar nəşr olunub: "Bu kitablarda onun Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən bəhs olunub. Ulu öndər çalışdığı bütün zamanlarda sübut etdi ki, Azərbaycan xalqına xidmət etmək insanın daxilindən gəlməlidir".
Siyavuş Novruzov vurğulayıb ki, ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşayacaqdı. Bu bəladan ölkəni Heydər Əliyev xilas edib. Nə qədər yaşayırıqsa, Heydər Əliyev siyasi xətti də davam edəcək".
YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan xalqı Heydər Əliyevi hər gün anır: "Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır. Onun Azərbaycan tarixində tarixi şəxsiyyət kimi rolu əvəzsizdir".
M.Qurbanlı qeyd edib ki, o hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Azərbaycan qısa zaman ərzində bir çox sahələrdə ciddi nailiyyətlərə imza atıb: "Tarixi tarixdən ibrət almaq üçün oxumalıyıq. Ulu öndərin ibrətamiz addımlarını öyrənmək lazımdır".
Tədbir çıxışlarla davam edib.
banner

Oxşar Xəbərlər