Boks üzrə dünya çempionatının tarixi təsdiqlənib
Boks üzrə gənclər arasında keçiriləcək dünya çempionatı Polşanın Keltse şəhərində təşkil olunacaq.
Kaspi.az saytının məlumatına görə, oğlan və qız boksçuların qatılacağı mundial aprelin 10-24-də baş tutacaq.
Polşa yarışı qrafikə uyğun şəkildə yüksək səviyyədə keçirəcəyini təsdiqləyib. Onlar həmçinin bütün təhlükəsizlik tədbirləri ilə bağlı öhdəlikləri üzərinə götürüblər. (APA)