• cümə axşamı, 25 aprel, 05:13
  • Baku Bakı 19°C

Baş tibb bacısı: "Gün ərzində 100-dən çox evə gedərək yaxma götürürük"

18.10.21 11:22 233
Baş tibb bacısı: "Gün ərzində 100-dən çox evə gedərək yaxma götürürük"

"Tibb sahəsi olaraq çətin bir mərhələdən keçirik. Bütün komandamızla birlikdə bu çətin dövrdə var gücümüzlə insanlara yardım etməyə çalışırıq. Bizim üçün həqiqətən çətindir, gün ərzində 100-dən artıq evə gedərək yaxma götürürük, saatlarla formaların içərisində qalırıq".
"Report" xəbər verir ki, bunu 21 nömrəli Şəhər Poliklinikasının baş tibb bacısı Aynurə Mamedova deyib.
"Belə bir vəziyyət var - normalda insanlar küçədə kiminsə öskürdüyünü görəndə, "görəsən COVID-19 ola bilərmi" deyə düşünüb ehtiyat edərək həmin ərazidən uzaqlaşırlar, yüzdə-yüz COVID-19 olduğunu bildiyimiz insanlarla üz-üzə gəlirik. Biz bundan çəkinmirik. Bu, bizim borcumuzdur. Ancaq bu çətin mərhələdə vətəndaşlarımızdan dəstək gözləyirik. Tibb heyətindən də yoluxan, hətta dünyasını dəyişən işçilər az deyil. Belə olduğu təqdirdə bizim də iş yükümüz artır və fiziki olaraq çox yüklənirik. Bizim də vətəndaşların yardımına ehtiyacımız var. Bu mübarizəni birlikdə qazanaq, peyvənd olunaq", - baş tibb bacısı vurğulayıb.
banner

Oxşar Xəbərlər