Azərbaycanda siyasi partiyaların 58%-i, bələdiyyələrin isə 66%-i auditdən keçməyib
2021-ci ildə Azərbaycanda məcburi audit subyekti olan 55 siyasi partiya olub.
Bu barədə “Report”a Auditorlar Palatasından bildirilib. Məlumata görə, onlardan 32-si və yaxud 58,2%-i auditdən keçməyib. Bundan başqa, ötən il ölkədə məcburi audit subyekti olan 1 608 bələdiyyə olub.
Onlardan isə 1 065-i və yaxud 66%-i auditdən keçməyib.