• cümə, 19 Aprel, 07:02
  • Baku Bakı 13°C

Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsindəki oyunları təxirə salınıb

04.12.20 16:45 619
Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsindəki oyunları təxirə salınıb

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunları təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyasının bütün dünyada, o cümlədən Avropada geniş yayılması səbəb olub.
Seçmə mərhələnin F qrupunda Monteneqro, Gürcüstan və Yunanıstanla qarşılaşmalı olan yığmamızın matçları 2021-ci ilin yanvarına planlaşdırılmışdı. Komandalar ayın 7-9-da Gürcüstanda I dövrənin, 15-17-də Monteneqroda II dövrənin qarşılaşmalarını keçirməli idi.
Lakin Avropa Voleybol Konfederasiyası (CEV) turniri 4 ay sonraya keçirib. 2 dövrənin qarşılaşmaları mayın 2-dən 16-dək olan müddəti əhatə etməlidir.
Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunun qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq. Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəlib. Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə AVRO-2019-un nəticələrinə əsasən seçmə oyunlarından azaddır.
banner

Oxşar Xəbərlər