• çərşənbə axşamı, 19 mart, 12:42
  • Baku Bakı 8°C

200 dəfədən də çox ölümlə üz-üzə qalıb

23.01.20 14:28 4830
200 dəfədən də çox ölümlə üz-üzə qalıb
Məşhur aktyor və döyüş sənətləri ustası Ceki Çan filmlərə çəkildiyi zaman üzləşdiyi təhlükələr barədə danışıb.
Kaspi.az xəbər verir ki, Çan mütəmadi olaraq təhlükə ilə üzləşdiyini deyib. O, 200 dəfədən də artıq ölümlə üz-üzə qaldığını vurğulayıb:
"Çəkilişlər zamanı ölümlə neçə dəfə üz-üzə qalmışam? Bu, tez-tez baş verib. Ola bilsin ki, hər filmin çəkilişi zamanı bir neçə dəfə.
Gəncliyimdə isə belə halla daha tez-tez qarşılaşırdım. Demək olar ki, 200 dəfədən də artıq ölümlə üz-üzə olmuşam.
Aktyorun sözlərinə görə, ən dəhşətli hadisə 1986-cı ildə "Tanrı zirehləri” filminin çəkilişi zamanı baş verib. Ssenariyə görə aktyor ağacdan tullanmalı olub.
Ancaq ağacın budağı qırıldığı üçün aktyor yerə yıxılıb və başından ağır zədə alıb. Bu zədədən sonra aktyor başında dəmir lövhə ilə gəzir
2018-ci ilin sonunda Ceki Çanın qızı homoseksual evliliyə girdiyi üçün aktyor onu evdən qovub.
banner

Oxşar Xəbərlər