• çərşənbə axşamı, 10 dekabr, 14:46
  • Baku Bakı 7°C

“Araz” ləqəbli azərbaycanlı “vaqner”çiləri əsir götürdü - VİDEO

26.05.23 17:16 455
“Araz” ləqəbli azərbaycanlı “vaqner”çiləri əsir götürdü - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya Ordusu ötən gecə Kiyev də daxil olmaqla, Ukraynanın əksər vilayətlərinə İran istehsalı olan “Shahed” dronları və qanadlı raketlərlə hücum edib:

“Hava hücumu nəticəsində Dneprdə bir neçə yaşayış evi və yanacaqdoldurma məntəqəsi tamamilə məhv edilib. İnsan tələfatı yoxdur, lakin mülki maşınlara zərər dəyib”.
M.Aslanov, həmçinin qeyd edib ki, Rusiya Ordusunun Donetsk vilayətinə - Avdeyevka, Mariinsk və Baxmut şəhərlərinə 25-ə yaxın hücum cəhdi olub. Bütün hücumların qarşısı alınıb.

“Həmin istiqamətdə Ukrayna Ordusunun “Araz” ləqəbli azərbaycanlı hərbçisi dörd “vaqner”çini təkbaşına əsir götürüb”, - deyə o vurğulayıb.

Ətraflı videonu təqdim edirik:

banner

Oxşar Xəbərlər