• cümə, 24 May, 10:27
  • Baku Bakı 13°C

ANAMA sədri mina partlayışları ilə bağlı vətəndaşlara müraciət edib

02.05.23 18:00 846
ANAMA sədri mina partlayışları ilə bağlı vətəndaşlara müraciət edib

Təəssüflər olsun ki, işğaldan azad edilən ərazilərdə mina partlayışları baş verir.

Trend xəbər verir ki, bunu "Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı" çərçivəsində jurnalistlərə açıqlaması zamanı Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib

Onun sözlərinə görə, son bir həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib.

“Bizim keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara, ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq, vətəndaşlar həmin ərazilərə daxil olurlar. Bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”.

Agentlik sədri bildirib ki, son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün daha 5 təlim keçmiş it ölkəyə gətirilib.

“2021-ci idə ABŞ-ın bir institutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur”,- deyə o qeyd edib.

banner

Oxşar Xəbərlər