• şənbə, 21 Dekabr, 18:32
  • Baku Bakı 9°C

Anahitin yiyəsiz nəvələri - TƏHLİL

26.08.23 04:00 3052
Anahitin yiyəsiz nəvələri - TƏHLİL

Xankəndidə Araik Arutyunyanın rəqibləri Ruben Vardanyanın “dirənişi”ndən güc alaraq “hakimiyyət”i devirmək istəyirlər. Ciddi şəkildə inanırlar ki, xuntanın başındakı simalar dəyişərsə, vəziyyət düzələr.

Ümidləri sabun köpüyü kimi puç olan ermənilərin, xüsusilə də separatçı qismin daxilində gözlənilən didişmələrə start verilib. Əgər Ermənistanda “Qarabağ klanı”nın təmsilçiləri reallıqla razılaşıb, ağızlarında su oturublarsa, Xankəndidəki xunta təmsilçilərinin taleləri ilə barışığa getmək üçün geniş seçim imkanları yoxdur. Gəmini adəti üzrə ilk olaraq siçovullar tərk edir. “Artsax” gəmisinin sükan tutanları isə təminatlı yollar axtarışındadırlar. İki istiqamət var - biri Laçına, digəri Ağdama doğru. Hər iki yolun sonu Bakıda həbsxanada bitir. 

Səkkiz əsrin məntiqi sonu

Ermənilər saxta dəlillər üzərində yazdıqları tarixin tələsinə düşüblər. Müstəqil Ermənistanı və Qarabağdakı oyuncaq rejimi son 800 ildə ilk “dövlət” quruluşları hesab edən erməni xalqı tarixinin növbəti deja-vüsünü yaşayır. Səkkiz əsr bundan öncə hansı “dövlət”ləri olub, mübahisəli məsələdir. Bir balaca realist olsaydılar, anlayardılar ki, bu uzun zaman kəsiyində özlərinə dövlət qura bilməyiblərsə, deməli, bunu bacarmırlar. Əfsanə və miflərdəki “dövlət”lərlə, əslən heç erməni olmayan, Diyarbəkirdən Ağdamdakı Şahbulağadək hər küncdə bir “şəhər salan” Tiqran barədə rəvayətlərlə, müqəddəs kitablardan möcüzəvi əhvalatlar çırpışdırıb “tarix” yazmaqla çox getmək olmur, uzağı 30 il, onun da sonu tragikomediya.

Xankəndidə Araik Arutyunyanın rəqibləri Ruben Vardanyanın “dirənişi”ndən güc alaraq “hakimiyyət”i devirmək istəyirlər. Ciddi şəkildə inanırlar ki, xuntanın başındakı simalar dəyişərsə, vəziyyət düzələr. Araik isə partiyasının dili ilə bəyan edir ki, onu “xalq seçib”. Bu yerdə erməni təbliğatının 30 illik daha bir şousu süquta uğrayır. Demirdilər, “Artsax”da demokratiya var və Azərbaycan onu boğmaq istəyir? Bu da “demokratiya”nın sonu: rəqibləri Araikə üç il əvvəl necə “seçildiyini” xatırladırlar - kütləvi saxtalaşdırma, təqib və qorxutma, ələ alma, administrativ resurslardan istifadə. Bu köpük də belə partladı. 

Ermənilər min rola girə və müxtəlif sifətlərə düşə bilərlər. Ancaq bir sevimli adətlərindən imtina edəsi deyillər: özlərini tərifləmək, yeri və göyü yaratdıqlarını iddia etmək. “Biz minillər boyu yaşayan millətik. Biz dünyaya sivilizasiya bəxş etmişik, biz xristianlığın elçiləri olmuşuq. Biz dünyaya çox şey vermişik və çox şey də tələb edə bilərik” - deyə vaxtilə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini olmuş Vladimir Poqosyan üsyan edir. 

Yaponiya, Cənubi Koreya və... Ermənistan

Məğlubiyyətsonrası ümummilli şizofreniya başqa formalarda da təzahür edir. Separatçıların “qılınclarının hər iki tərəfinin kəsdiyi” illərdə “xarici işlər nazirinin müavini” işləmiş və xuntanın “intellektual” qanadının mənsubu sayılan Raçya Arzumanyan ümumxalq iflasının alternativ səbəbini tapıb: milli burjuaziyanın və oliqarxiyanın xəyanəti. Arzumanyan yazır (səbirlə oxuyaq - müəllif): “Erməni xalqının parçalanması coğrafi və ya mədəni landşaft üzrə deyil, sırf maliyyə-iqtisadi amillərə görə baş verir. Ayırıcı xəttin bir tərəfində oliqarx ailələr, digər üzdə erməni xalqı durur. Sırf təsadüf nəticəsində oliqarxiya sisteminin əsasını indi Ermənistanın və “Artsax”ın başında olan postsovet dövrünün birinci şəxsləri, güc strukturlarının rəhbərləri, servis funksiyalarını yerinə yetirən bir neçə ailənin təmsilçiləri təşkil edirlər. Biz milli strategiyamızı elə qura bilərdik ki, oliqraxiya probleminin həllini XXI əsrə adaptasiya etmək mümkün olsun. Məsələn, necə ki, bu yolu İkinci Dünya müharibəsindən sonra Yaponiya, Cənubi Koreya keçiblər. Ancaq bizdə oliqarxiya milli-azadlıq hədəfləri ilə sərt mübarizədədir və erməni xalqı XIX-XX əsrlərin problemlərini hələ də həll edə bilməyib”. Fikir verdiniz, müəllif sərhədləri hələ də başqa dövlətin əsgərləri tərəfindən qorunan ölkəsini ən azı Yaponiya və Cənubi Koreya ilə müqayisə edir. 

“Bu zaman mütləq yetişəcək”

Separatizm hərəkatının öndə duran isimlərindən olmuş, bir neçə il öncə o biri dünyaya “səfər”ə yollanmış İqor Muradyan ermənilərin içində az-çox ağlı başında olan siyasi xadimlərdən biri idi. O, 2016-cı ilin aprel döyüşlərindən düzgün nəticə çıxararaq hələ 2017-ci ildə, Paşinyan hakimiyyətə gəlməmişdən bir il öncə həyəcan təbili çalırdı: “Ermənilərin beyni belə işləyir. Nəyisə düzəltmək mümkün deyil. Nəyisə dəyişmək üçün gərək başlarına vurasan. Başlarına isə dəyəcək, özü də yaxşı dəyəcək. Bu, gözləniləndir. Azərbaycanın imkanları və bacarığı var. Azərbaycan öz zamanını gözləyəcək və bu zaman mütləq yetişəcək”.

“İffətli anadan” başlayan tarix

XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşamış italiyalı psixiatr Çezare Lombrozonun “Dahilik və dəlilik” kitabında erməni xalqının ilahəsi Anahitə olan sevgisi barədə yazdıqlarını çoxumuz oxumuşuq. Lombrozo yunan filosofu Strabona istinad edir: “Ermənistanda məbədi Babildaki Melitta məbədini xatırladan Anaisi (Anahit) fahişəlik tanrısı sayırdılar. Bu məbəd hündür hasarlarla əhatələnmiş geniş sahədə yerləşirdi. Burada özlərini Anaisə həsr etmiş qadınlar yaşayırdı. Məbədə ancaq əcnəbi kişilər gələ bilərdilər. Qadınlar ən nəcib və tanınmış ailələrdən seçilirdi. Onların tanrıya xidmətlərinin müddəti mənsub olduqları ailələri tərəfindən müəyyən edilirdi. Qazandıqları nə varsa, burada qoyurdular və uğurla ərə gedirdilər. Nişanlıları onların özlərini necə apardıqlarını bilmək üçün məbəddən soraqlaşırdılar. Kimin yanına daha çox əcnəbi gəlib, o da ən arzulanan gəlin sayılırdı...Bu ölkənin qanununa əsasən, qadınlar Anahitin məbədindəki uzunmüddətli əxlaqsızlıqdan sonra ərə gedə bilirdilər. Heç kim də onlarla evlənməkdən imtina etmirdi”. 

Kuba inqilabının lideri Fidel Kastro vaxtilə etiraf edirdi ki, kubalı qadınlar ölkə büdcəsinə valyutanın daxil olması üçün bir iqtisadi faktordurlar. Açıq şəkildə. Ermənilər isə Anahitin fəaliyyətini fərqli təqdim edirlər, daha bir “dövlət xadimi”, çar Trdatın dili ilə: “Xalqımızın şöhrət mənbəyi, həyat bəxş edən, iffətli ana, böyük və cəsur Aramazdın qızı”. Gördünüz? Əsas təqdimatdır. 

Rüstəm Qaraxanlı

banner

Oxşar Xəbərlər