Agentliyə ictimaiyyətlə əlaqələr üzrə menecer təyin olundu
![Agentliyə ictimaiyyətlə əlaqələr üzrə menecer təyin olundu](https://kaspi.az/storage/posts/large/IMDMKVn7OB43EGgxmXsvpzSHZ2w7nAdThAvhxxRk.jpg)
Günel Əhmədova Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ictimaiyyətlə əlaqələr üzrə menecer təyin olunub.
Kaspi.az xəbər verir ki, Günel Əhmədova 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və magistr dərəcəsi üzrə təhsil alıb.
O, 2011-2012-ci illərdə London şəhərində yerləşən Vestminster Universitetinin (University of Westminster) Beynəlxalq əlaqələr və qlobal dəyişiklik üzrə magistr dərəcəsini əldə edib.
![banner](/images/kaspibanner.jpg)