Ağdamda tibb işçiləri arasında kütləvi zəhərlənmə: Səbəbi bilindi

Ağdam Rayon Mərkəzi Xəstəxanasında kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub.
Oxu.Az-ın əldə etdiyi ilkin məlumata görə, zəhərlənməyə səbəb şöbənin dezinfeksiya edilməsi olub.
Dezinfeksiya tədbirlərindən sonra mərkəzi havalandırma sistemi işə salındığı üçün tibbi kollektivdən 11 nəfər zəhərlənib.