AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yəqin ki, pivəni çox içibmişlər

Yəqin ki, pivəni çox içibmişlər

İdman
03 İyul 2020, 12:15 273
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola "Liverpul”la oyundan sonra fikirlərini bildirib. 
 
Kaspi.az xəbər verir ki, Pep komandasının böyük hesablı qələbəsinə zarafatyana münasibət bildirib: "Düşünürəm ki, onlar ötən həftə xeyli pivə içiblər. Ancaq bura gələndə qan təmiz idi, alkoqolun izi yox idi. 
 
Ona görə də komandamın haqqını vermək lazımdır. Biz çempiona, qeyri-adi komandaya qalib gəldik”. 
 
"Mançester Siti” – "Liverpul” qarşılaşması meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.