• cümə axşamı, 28 mart, 22:58
  • Baku Bakı 13°C

Vaqif Sadıqov: ““Qarabağ“ “Valletta“dan qat-qat üstündür”

22.07.14 13:45 1156
Vaqif Sadıqov: ““Qarabağ“ “Valletta“dan qat-qat üstündür”
“Bu gün qələbə qazanan və mərhələni keçən tərəf “Qarabağ” olacaq. Bunu ona görə inamla deyirəm ki, ilk oyunda “Qarabağ”ın “Valletta”dan səviyyə baxımından qat-qat üstün olduğunu gördük”.
Milli.Az xəbər verir ki, qol.az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqav Çempionlar Liqasının II təsniaft mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Valletta” matçı haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın ÇL-da mübarizəni davam etdirəcəyinə inandığını bildirib: “Komandamız rəqib qarşısında böyük üstünlüyə malikdir. Ancaq bütün fikirlər bu qarşılaşmaya yönəlməlidir. Bugünkü görüşü qələbə ilə başa vurmaq lazımdır. İnanıram ki, yolumuzu davam etdirib, bundan sonrakı oyunlarda da uğurlu nəticə əldə edəcəyik”.
“Qarabağ” “Valletta” səddini keçəcəyi halda III təsnifat mərhələsində Avstriya çempionu “Zalsburq”la qarşılaşacaq.
V.Sadıqov komandamızın potensial rəqibini dəyərləndirərkən qeyd edib ki, “Zalsburq” da “Qarabağ” üçün keçilməz komanda deyil: “Qarabağ” “Zalsburq”la qarşılaşsa, iddiasını ortaya qoymalıdır. Göstərməlidir ki, hədəf qrup mərhələsində oynamaqdır. Əvvəl-axır komandamız güclü rəqiblə qarşılaşmalıdır. Bunun üçüncü, yaxud da play-off mərhələsində olmasının fərqi yoxdur. “Qarabağ”ın üstünlüyü ondadır ki, güclü rəqiblərə qarşı toparlana bilir. Uzun müddətdir Çempionlar Liqasının arzusunda olan “Qarabağ” başa düşür ki, bu fürsətdən istifadə etmək lazımdır. Komandamız əlinə düşən imkanı dəyərləndirməli və hər birimizi sevindirməlidir. İnam olmayan yerdə işləmək olmaz. Hesab edirəm ki, güclü bir “Qarabağ” komandamız var. Artıq “Qarabağ” sözünü deməli və Qarabağı Avropada tanıtmalıdır”.
banner

Oxşar Xəbərlər