Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub
Dekabrın 12-də
Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli
lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı ümumrayon anım
mərasimi keçirilib.
Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun idarə, müəssisə, təşkilat
rəhbərləri və minlərlə Şamaxı sakini Ümummilli Liderin abidəsini ziyarət edərək
xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər
çiçək dəstələri düzüblər.
Heydər Əliyev
Mərkəzində davam edən tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən
fotolara, kitablara və "Heydər Əliyev və Müasir Azərbaycan” adlı rəsm sərgisinə
baxılıb.
Tədbirdə dahi
azərbaycanlı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi
fəaliyyəti barədə danışılıb, Ulu Öndərin hakimiyyəti illərinin istər Sovetlər,
istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyi bildirilib.
Əsası Ulu Öndər tərəfindən qoyulan hərtərəfli inkişaf siyasətinin Prezident
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bu gün Azərbaycanın
dünyanın söz sahibi ölkələri sırasında olduğu vurğulanıb. Ulu Öndərin
Azərbaycançılıq ideyasından, ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi
yolunda atdığı addımlardan danışılıb, onun əziz xatirəsinin Azərbaycan xalqının
ürəyində əbədi yaşayacağı bildirilib.
Tədbirdən sonra
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılıb.