• cümə axşamı, 28 mart, 18:55
  • Baku Bakı 13°C

Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri

30.05.20 12:45 699
Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş şahmatın blits növü üzrə onlayn turnir keçirilib.
AZƏRTACxəbər verir ki, "Lichess.org” platforması vasitəsilə keçirilən turnirdə 105 şahmatçı iştirak edib. Doqquz turdan ibarət olan və İsveçrə sistemi üzrə təşkil edilən turnirin yekun nəticələrinə görə, oğlanlar arasında Şəhriyar Rəhmanov, Orxan Bağırov, Aydın Şahpələngov ilk üç yerə layiq görülüblər.
Qızlar arasında isə Leyla Budaqova, Kamilla Balayeva, Aytac Məmmədova ən yüksək nəticələr əldə ediblər.
banner

Oxşar Xəbərlər