
“Real” Avropa Komissiyasına qalib gəldi, 20 milyonu qaytardı
İdman
23 May 2019, 12:15
374
"Real”ın Avropa
Məhkəməsində Avropa Komissiyasına qarşı qaldırdığı iş yekunlaşıb.
Kaspi.az xəbər
verir ki, "kral klubu”nun iddiası təmin olunub. "Real” məhkəmədə Avropa
Komissiyasına qalib gəlib.
"Real” 1998-ci
ildə Madridin Las Tablas rayonunda 448 min avroya torpaq sahəsi alıb. 2011-ci
ildə isə onu 22 milyon avroya satıb.
"Kral klubu”
bunun müqabilində "Santyaqo Bernabeu”ya yaxın ərazidə torpaq sahəsi alıb və
orda hotel, ticarət mərkəzi tikməyi planlaşdırıb.
2016-cı ildə
Avropa Komissiyası bu əməliyyatı dövlət yardımı kimi dəyərləndirib. "Real” məhkəməyə
üz tutub və qalib gəlib.
İndi şəhər soveti
"kral klubu”na 18,4 milyon avro, üstəlik, 2 milyon avro faiz qaytarmalı olacaq.
Avropa Komissiyası isə "Real”ın məhkəmə xərclərini ödəyəcək.
Digər xəbərlər