AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident: “Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir”

Prezident: “Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir”

Siyasət
25 Fevral 2020, 19:06 882
"Ermənistanın qeyri-konstruktiv və qeyri-qənaətbəxş mövqeyi münaqişənin həlli üçün əsas maneədir”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir: "Gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər ki, Dağlıq Qarabağ nədir. Bilmirlərsə, biz deyə bilərik. Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır”.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir: "Bir daha buna görə öz təşəkkürümü bildirirəm”.