Onun məşhur təbəssümü yoxa çıxıb
Məşhur
braziliyalı futbolçu Ronaldinyo hazırda Paraqvayda həbsxanadadır.
Kaspi.az
xəbər verir ki, sənədləri saxtalaşdırmaqda ittiham olunaraq həbs edilən
Ronaldinyoya Paraqvay yığmasının sabiq üzvü Nelson Kuevas baş çəkib. O,
Ronaldinyonun hazırkı durumunu belə xarakterizə edib:
"Aydın məsələdir
ki, indi onun əhvalı yaxşı deyil. Onda əsasən nəyi müşahidə etdim? İlk növbədə
məşhur təbəssümünün itməsini.
O, həbsxanadadır.
Bu isə onun öyrəşdiyi situasiya deyil. Orada heç bir lüks yoxdur”.