MULTİKULTURALİZM-POSTMODERNİZM ƏLAQƏSİ
Multikulturalizm terminindən ilk dəfə İngiltərədə istifadə olunub.
Belə ki, klassik millətçilər kosmopolit təbəqəni məhz belə adlandırırdılar. XX
əsrin 70-ci illərinin əvvəllərindən etibarən isə multikulturalizm Avstraliya və
Kanadada mədəni müxtəlifliyi təşviq edən dövlət siyasətinə çevrilmişdir.
Sonrakı on il ərzində ABŞ, İngiltərə, Almaniya, Fransa, Yeni
Zelandiya, o cümlədən Latın Amerikasında yayılmağa başlayan bu siyasətin
ictimai və siyasi sahədə yer almasının ən əsas amili beynəlxalq miqrasiya və
onun yaratdığı mədəni, linqvistik, dini və etnik tələblərdir. Bu baxımdan multikulturalizm
məfhumunun tolerantlıq və interkulturalizmlə əlaqələri mövcuddur.
Multikulturalizm çoxmədəniyyətliliyə inamı, interkulturalizm isə mədəniyyətlər
arasında inteqrasiyanı ehtiva edir. Bunların eyniləşdirilməsi mümkün deyil.
Avropada intellektual və ictimai sferanın yenidən formalaşmasında
əsas səbəblərdən biri də postmodernizm anlayışı olmuşdur. Məhz postmodernizmin
"mədəni müxtəliflik” vurğusu birbaşa multikulturalizm tendensiyasının geniş
şəkildə anlaşılmasının təkanverici qüvvəsini təşkil edir.
XX əsrdə Avropada gedən
ictimai-siyasi proseslər, müstəmləkəçilik siyasəti nəticəsində baş verən
müharibələr və soyqırımları, bir əsrdə meydana gələn iki dünya savaşı
modernizmin ciddi şəkildə tənqidinə və postmodernizmə imkanlar yaratmışdır. Bu
tendensiya yarandığı gündən etibarən dilçilik, tarix, ədəbiyyat, fəlsəfə və
başqa sahələrə öz təsirini göstərmişdir. Postmodernizm ictimai mənada
fərqliliyin tolerant qarşılanmasına istinad edir. Burada mahiyyət olaraq
dialoqa üstünlük verilir, cəmiyyət müxtəliflik əsasında (dayanaraq)
formalaşdırılır, o cümlədən fərqlilik yan-yana deyil, fərdlərin bir-birinə
bağlı olaraq var olmalarını vacib bilir.
Postmodernizmə əsasən, modernizmin tək tip insan modeli,
rasionallığın universallıq adına mütləqliyi, pozitivizm, universal tarix
anlayışı və s. utopik adlandırılan məfhumlara qarşı yaranmışdır. Xüsusilə
postmodernizm renessans dövründən etibarən ağlın və təbiət elmlərinin
qanunlarının hər sahədə universal keçərliliyi missiyasına qarşı çıxır. Məhz XX
əsrdə Avropada gedən ictimai-siyasi proseslər, müstəmləkəçilik siyasəti
nəticəsində baş verən müharibələr və soyqırımları, bir əsrdə meydana gələn iki
dünya savaşı modernizmin ciddi şəkildə tənqidinə və postmodernizmə imkanlar
yaratmışdır. Bu tendensiya yarandığı gündən etibarən dilçilik, tarix,
ədəbiyyat, fəlsəfə və başqa sahələrə öz təsirini göstərmişdir. Postmodernizm
ictimai mənada fərqliliyin tolerant qarşılanmasına istinad edir. Burada
mahiyyət olaraq dialoqa üstünlük verilir, cəmiyyət müxtəliflik əsasında
(dayanaraq) formalaşdırılır, o cümlədən fərqlilik yan-yana deyil, fərdlərin
bir-birinə bağlı olaraq var olmalarını vacib bilir.
Elm fəlsəfəsində postmodern anlayış özünü Paul Fayerbandın "metoda qarşı”
əsərində əksini tapmışdır. Postmodern filosofların tək tip metodu ortadan
qaldırmaq arzularının ən əsas səbəbi "həqiqi plüralizm” anlayışının bərqərar
olmasıdır. Məhz onlara görə, tək həqiqət anlayışı olmayıb plüralist mahiyyətdə
həqiqətlər çoxluğu, yaxud həqiqətin müxtəlif interpretasiya və variantları
mövcuddur. Modern dövrdə dominant kimliklər tərəfindən milli azlıqlar və etnik
qruplar yad kimsələr hesab olunur və onların assimilyasiya edilməsinə cəhd
göstərilirdi. Ona görə də, postmodernizm ən çox modernizmin kimlik siyasətini
tənqid edir.
Multikulturalizm tendensiyasında müxtəlif etnik kimliklər postmodern
fəlsəfədən güc alaraq öz mədəniyyətlərini təmsil etməkdə daha çox fəallıq
göstərir. Bu prosesdə din, mədəniyyət, cinsiyyət, dil və s. məqamlar daha çox
intensiv müzakirələrə səbəb olur. Məhz multikulturalizmin qlobal arenada dövlət
siyasəti olaraq həyata keçirilməsi də bunu təsdiq edir. Artıq kimliklər fərqliliklərə
istinad edir və siyasətlər də bu istiqamətdə formalaşır. Məhz fərdi əsas
götürən liberal fəlsəfənin əksinə, fərdin də daxil olduğu sosial və mədəni
dünyanı əhatə edən kommunitarian multikulturalizm postmodern fəlsəfə ilə
birbaşa bağlıdır. Kommunitarian multikulturalizmin təmsilçilərindən olan və
multikulturalizmi "tanınma siyasəti” (politics of recognition) kimi qəbul edən
Çarlz Taylor multikulturalizmi bu kontekstdə vurğulayır. Multikulturalizmin
əsas məfhumlarından biri olan "tanıma” birlikdə yaşayan müxtəlif etnosların
qarşılıqlı anlaşma və dəyərləndirmə prosesinin əsasını təşkil edir. Müasir
dövrdə bütün cəmiyyətlərin multikultural məzmun və mahiyyət daşıdığı getdikcə
artır. Məhz Çarlz Taylora görə, inklüziv cəmiyyətlərdə müxtəlif etnoslar öz
mövcudiyyətlərini davam etdirməklə, multikultural mühitin yaranmasına səbəb
olurlar.
Postmodernizm siyasi və ictimai həyatda "mən” mərkəziyyətçiliyə qarşı
çıxaraq mədəni müxtəlifliyin yayılmasına, tanınmasına, dəyər verilməsinə şərait
yaradır. Bu baxımdan Vill Kimlika "çoxmillətli dövlət” ilə "çoxetnoslu”
dövlətləri bir-birindən ayırır. Çoxmillətli (multinational) dövlətlərdəki
mədəni müxtəliflik müəyyən regionlarda məskunlaşan mədəniyyətlərin tək bir
dövlətdə cəmləşməsindən ibarətdir. Misal kimi, Belçika, İsveçrə, Yeni Zelandiya
və Kanadanı göstərmək olar. Buna qarşılıq çoxetnikli (polyethnic) dövlətlərdəki
müxtəliflik, əsasən, immiqrasiyanın və cəmiyyət daxilində fərqli kimlik
qruplarının formalaşması nəticəsində meydana gəlir (ABŞ, Avstraliya və qismən
Almaniya kimi.) Birincilərdə bu, "milli azlıq”, digərlərində isə "etnik
qruplar” adlanır.
Postmodern siyasətinin həm sağçı, həm də solçu düşüncədə funksional
rolu vardır. Postmodern siyasi vəziyyət, mədəniyyətlər və baxış tərzləri
arasında plüralizmi qəbul edir. Postmodernistlərə görə, idarəetmə realistlərin
laqeyd yanaşdığı hər şeyi əhatə edən baxışın ifadəsidir. Postmodern cəmiyyət
müxtəlifliyin xoş qarşılanmasına istinad edir. Nəticədə postmodern cəmiyyət
müxtəlifliklərdən ibarət cəmiyyətdir. Fərqli məqamların olması bir
ahəngsizliyin olduğunu göstərməz. Bu mənada postmodernizm plüralist demokratiyanı
dəstəkləyir və siyasətin varlıq səbəbini burada görür. Məhz Liotar modernizmin
ən böyük səhvinin universallıq prinsipində olduğunu iddia edir.
Bu məzmun və mahiyyətdə postmodernizm mədəni və siyasi cəhətləri ilə,
bir epistemologiya, metodologiya və ictimai nəzəriyyəni özündə ehtiva edir.
Baumana görə, azadlıq, bərabərlik və qardaşlıq modernizmin şüarı ikən, azadlıq,
müxtəliflik və tolerantlıq postmodernizmin əsas formulu oldu.
Etika ilə ortaq görüşlərinin olduğu barəsində ciddi müzakirələr
aparan postmodernistlər bu mövzuda etik bir çərçivə təqdim etməyə çalışırlar.
Məhz Derrida postmodern etikanın "başqasına” istinad etdiyini vurğulayır. Bu
baxımdan əmrlərdən nifrət edən postmodernistlər Martin Buberin şəxslərarası
hörmət və ehtirama istinad edən etik baxış tərzini dəstəkləyirlər. Onların
fikrincə, şəxslər başqasına "mən” və "sən” olaraq yaxınlaşmalıdır. Belə ki,
postmodern bir dünyada başqalarına ehtiram göstərilməsi və mühafizə edilməsi
postmodern etika adlanır. Məhz ədalət, rəqib iddiaları inteqrasiya etdirən
əzəli və əbədi prinsip deyildir. Postmodernistlərə görə, hər hansı cəmiyyət
plüralizmi təşviq edirsə, inkişaf etmiş cəmiyyətə çevrilə bilər. Bunun üçün
müxtəlif görüşləri həm mühafizə edən, həm də rədd edən ifadə tərzlərinin təşviq
olunması postmodern etikaya uyğundur. Ziqmund Bauman "postmodern etika” adlı
kitabında etika və postmodernizm əlaqəsini fəlsəfi aspektdən açıqlayır. Müəllif
postmodern bir vəziyyətdə yaşadığımızı qəbul edərək, etikanın buradakı
mövqeyini təsvir və təhlil edir. Bu mənada Baumana görə, postmodern baxış
tərzində müvafiq olaraq nöqsansız universal və əsasları sarsılmaz etik kodlar
mövcud deyildir. Bu nəticədə heç bir avtoritetə etimad etməməyə, ya da etimadın
uzun müddət davam etməməsinə yol açır. Etik "mənlik” məfhumu və əxlaqi
məsuliyyət insanların həyat təcrübələrindən qaynaqlandığı üçün meydana gəlir.
Postmodern əsrinin insanları öz əxlaqi xüsusiyyətləri, dolayısı ilə öz əxlaqi
məsuliyyətləri ilə qarşı-qarşıya qalırlar. Bu mənada əxlaq müqavilə demək
deyildir. Əxlaq qeyri-şəxsi və ya universallaşdırılan qaydalar tələb etməz.
Əxlaqi səsləniş fərdi olub, mənin məsuliyyətinə səslənir. Postmodern etika
mədəniyyətin tərkib hissəsi olan əxlaqi anlayışların, etik dəyərlərin digər
məsələlər kimi, o mədəniyyətin orijinallığı içində belə, dəyişəcəyini ifadə
edir və "mədəni relyativizm” (cultural relativity) məfhumunu vurğulayır.
Digər tərəfdən, etik relyativizmi də əhatə edən hər hansı bir
mədəniyyətə istinad edən davranışlar əhəmiyyət kəsb edir. Məhz mədəniyyətlərin
etik davranışlara baxış tərzləri müxtəlif ola bilər. Bu mənada mədəniyyət
məfhumu sivilizasiya, elm və texnika məfhumlarından ayrılaraq lokal məna
daşımaqdadır.
Bu kontekstdə İ.Məmmədzadənin etikanın mahiyyəti ilə bağlı fikirləri
aktuallıq kəsb edir: "Bu qayda çərçivəsində qalmaqla, xoşuna gəlmədiyin
məsələdə iştirak etməyə bilərsən (hər kəs eləsə belə). Amma digərlərinin sənə
qarşı etmədiyini, sən də edə bilməzsən”.
Multikulturalizm, eyni zamanda mədəniyyətlərarası toqquşmanın
qarşısını almaq üçün alternativ funksiyaya malikdir. Belə ki, Fukuyama və
Hantiqtonun mədəniyyətlər arasında mübarizə, toqquşma düşüncələrindən fərqli
olaraq, multikulturalizmin alternativliyini müdafiə edən Çarlz Taylor, Yurgen
Habermas, Biku Parek, Vill Kimilka, Emi Qutman və s. filosof və siyasətşünasların
düşüncələri daha aktual və praqmatikdir. Mədəniyyətlərarası toqquşmanın əksinə
olan multikultural nəzəriyyəyə görə, hər hansı bir cəmiyyət daxilində müxtəlif
etnik kimliklərin və cəmiyyətlərin olması onların inteqrativ münasibətlər
qurmasının başlıca amillərindəndir. Bu mənada mədəni fərqlilik toqquşmanı
deyil, qarşılıqlı anlaşmanı əsas götürür.
Taleh ƏHMƏDOV,
AMEA-nın Fəlsəfə İnstitutu
etika şöbəsinin dissertantı,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
aparıcı məsləhətçisi