Məmməd İsmayıl - 75

Məmməd İsmayıl - 75

19 Noyabr 2014, 12:52 1045
Redaksiyadan: Ustad şair Məmməd İsmayılın 75 illik yubileyi Bakıda sevənlərinin iştirakı ilə böyük sevgi ilə qeyd olunsa da şairin ünvanına dünyanın müxtəlif yerlərindən təbriklər gəlməkdədir. «Kaspi» qəzeti dəyərli söz ustadının yubileyi münasibəti ilə təbrik edir və şairin ünvanına gələn təbriklərin bir qismi ilə oxucularını tanış edir.


Qədim Oğuz yurdunun müdrik ağsaqqalı

Sevgili Məmməd Ağabəy!

İçimizdə Türklük ocağını qalayan Allaha and olsun ki, bizim şeir ölkəmizin göy qübbəsində, Altay dağlarından Balkan dağlarına qədər, «alov-alov» sənin səsin yanğılanır!
Əmin ol ki, "Bozqırda Bozqurda dönüb gələn milyonlar bu böyük və məhəbbət ölkəsində "sənin səs bayrağın əsla yerə düşməyəcəkdir. Çünki Sən "unutduğumuz yerdə" deyil, misra-misra, şeir-şeir könlümüzdəsən.
Qədim Oğuz yurdunun müdrik ağsaqqalı!
Dədə Qorqud yurdunda daha min il boy boylayasan, soy soylayasan.
Allah sənə uzun ömür versin. Doğum Günün qutlu olsun.

İmdad Avşar
Yazar-Şair,
Azərbaycan ədəbiyyatı tərcüməçisi



Cansağlığı və yeni gözəl şeirlər arzulayırıq

Əziz Məmməd!

75 illik yaş gününü ürəkdən təbrik edirik.
Bu ilin yayında Bakıdakı görüşümüzü işıqlı duyğularla xatırlayırıq. Sizə səmimi qəlbdən möhkəm cansağlığı və yeni gözəl şeirlər arzulayırıq.

Yevgeni Reyin,
Rus şairi, Rusiya Dövlət mükafatı və Puşkin mükafatı laureatı,
Nadejda Reyn,
sənətşünas



Əsərləriniz Azərbaycan ədəbiyyatının üfüqlərini genişləndirir

Əziz Məmməd!

Səni Azərbaycanın ən önəmli şairini, tanınmış elm adamını, sayğıdəyər ictimai xadimini əlamətdar yubileyin münasibəti ilə ürəkdən təbrik edirəm.
Bilirəm ki, sənin hələ gəncliyində yazdığın şeir və poemalar qədirbilən oxucular tərəfindən təkcə Azərbaycanda yox, həm də Rusiyada bu gün də sevilə-sevilə oxunur. Bir çox əsərlərin Yuri Kuznetsovun, Aleksandr Kuşnerin və sənin köhnə dostun Mixail Sinelnikovun tərcüməsində Rus oxucularına çatdırılmışdır.

Bunlarla birlikdə onu vurğulamaq yerinə düşər ki, sənin əsərlərin keçən illər ərzində daha gülcü və təsiredici olub doğma Azərbaycan ədəbiyyatının üfüqlərini genişləndirir.
Canı könüldən sənə yeni güc arzulayır və səni bağrıma basıram.

Mixail Sinelnikov
Rus şairi, yazar, tərcüməçi PAEN və Petrov akademiyalarının akademiki


Tanrı Sizi qorusun

Hörmətli Məmməd Bəy!

Ad gününüz mübarək olsun!
İnsanlara nə qədər çox gözəl xatirə verdiniz, nə qədər çox insanın həyatında əhəmiyyətli rol oynadınız.
Aşağı-yuxarı 33 il öncə ilk dəfə görüşdük. O zaman dünya başqa idi. Fırtınalar, günəşli günlər keçdilər və Sizin 75-ci yasınız gəldi.
Tanrı Sizi qorusun.

Saygılarım və sevgilərimlə,
Elod Kovaç
Azərbaycan ədəbiyyatının tərcüməçisi
Budapeşt, Macarıstan




Türkə sevdalı bir böyük şair

Əziz Məmməd İsmayıl,

Mərdliyin və igidliyin vəzifəylə, mövqeylə, pulla, şan-şöhrətlə deyil, ürəklə olacağını göstərmiş, Türkə sevdalı bir böyük şair. Milləti üçün yaşar, milləti üçün narahat, milləti üçün məşğul olub çalışar, milləti üçün dünyaya meydan oxuyur, milləti üçün yazar, millətiylə üzülür, millətiylə sevinir. Dünyanın hansı bir yerində bir Türkün ayağına dəyən daşın ağrısını ürəyində duyan əngin könüllü şair... Türkün böyük adamlarının uca ruhlarının toplandığı zamanə dəlilərindən biri ...
Ona qürbəti vətən edənlər, ondan heç bir şey ala bilmədilər, əksinə o, millətinə uzaqlarda daha çox xeyir verdi.
Ömrün uzun olsun can Azərbaycanın və bütün Türklüyün uca könüllü böyük şairi ...

Vahid TÜRK
İstanbul Mədəniyyət Universitetinin professoru



Şeirləriniz Azərbaycan poeziya səmasında parlamaqda davam edir

Əziz və çox hörmətli Məmməd İsmayıl.

Siz böyük Azərbaycan xalqının parlaq istedada malik şairisiniz. Sizin şeirləriniz bütün Türk dünyasında məşhurdur. Eyni zamanda istedadlı Yuri Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikovun tərcümələrində bütün rus oxucularının, eyni zamanda Rusiyada yaşayan bütün xalqların sevimli əsərlərinə çevrilib. Baxmayaraq ki, Siz uzun illərdir ki, Vətəninizdən uzaqda yaşayırsınız, amma Sizin şeirləriniz həqiqi yol göstərən ulduz kimi Azərbaycan poeziya səmasında parlamaqda davam edir. Mənə öz əllərinizlə bağışladığınız Sizin Moskvada çap olunan “Məktub yerinə” kitabını oxuduqca ürəyimi sevinc və qürur hissi ilə doldu. Və mən özümə istedadlı dost və ustad tapdığıma çox sevindim.
Əziz Məmməd ağa, şəxsən öz adımdan və bütün Tatarıstan yazıçıları adından Sizə möhkəm can sağlığı və uzun-uzun ömür arzulayıram.

Rafis Qurban,
Şair, əməkdar incəsənət xadimi, Tatarıstan yazarlar birliyinin sədri



Rumınyadan salam

Əziz Məmməd!

Səni möhtəşəm 75 illiyin münasibəti ilə təbrik edirəm. Bu əsil kamillik dövrünün yubileyidir. Sənənə can sağlığı, yeni parlaq obrazlar və qəhrəmanlar yaratmaq üçün yaradıcılıq gücü, doğma və xarici dillərdə yeni-yeni kitablarının nəşrini arzulayıram. Buxarestdə çap olunan “Rumıniya lişterare” («Rumın ədəbiyyatı») qəzetində Mixail Sinelnikovun sənin haqqında bizim jurnalda çap olunan məqaləsi mənim tərcüməmdə və sənin Rumın dilinə tərcümə olunmuş şeirlərin yayınlanacaq.

Sizə bol uğurlar arzulayıram.
Vyaçeslav Samoşkin,
Rumıniyada çap oluna beynəlxalq “Dialoq morey” jurnalının baş redaktoru



Rus oxucularının sevimlisi

Şair və filosof Məmməd İsmayılın yaradıcılığına yüksək qiyməti yalnız Türkiyə və Azərbaycan, bütün Türk dünyası oxucuları, şeirsevərləri yox, eyni zamanda Rus ədəbiyyat həvəskarları da verirlər. Bu parlaq sənətkarın şeirləri Mixail Sinelnikovun,Yuri Kuznetsovun və digər istedadlı Moskva şairlərinin tərcümələrində həqiqətən rus dilində danışan və oxuyan çoxmilyonlu auditoriyanı fəth etmişdir.

Mütəfəkkir, orijinal mənzərə ustası, insan ruhunun bilicisi, şeirlərində müxtəlif vəziyyətlərdə müasirlərinin incə nüuanslarını verməyi ustalıqla bacaran Məmməd İsmayıl sağ ikən dünya ədəbiyyatının həqiqi klassikinə çevrilmişdir. Onun bir zamanlar təhsil aldığı Ədəbiyyat institutunda, Rusiya Elmilər Akademiyasının Dünya Ədəbiyyatı İnstutunda keçirilən Beynəlxalq Kuznetsov günlərindəki iştirakı onu təsdiqləyir ki, hələ Kuznetsovun həyatda olduğu zamanlarda bu iki klassik arasında ləyaqətli dialoq yaranmışdır. Və dostu öldükdən sonra da Məmməd İsmayıl dostunun xatirəsini heç zaman unutmur.

Böyük şairə, dərin filosofa, istedadlı pedoqoqa - Məmməd İsmayıla dünyanın müxtəlif ölkələrindəki heyranlarına, hamımıza sevinc bəxş edəcək çoxillik yaradıcılıq çiçəklənməsi arzulayaq.

Rusiyadakı bütün heyranları adından və öz könlümün çağırşıyla,
Lola Zvonareva
Moskva Yazıçılar Birliyinin katibi



Fəth olunmamış yolları fəth etməyi arzulayıram

Şair, Çanaqqala 18 mart Universitetinin professoru
Məmməd İsmayıla

Əziz dost!

Yazarlar Birliklərinin beynəlxalq birliyinin və həmkarlarım adından Sizin önəmli 75 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm.
Doğulduğunuz Azərbaycanda, hazırda yaşadığınız və çalışdığınız Türkiyədə, eyni zamanda bir çox başqa ölkələrdə Sizi Azərbaycan və dünya ədəbiyyatında önəmli yer tutan bir şair, nasir, publisist kimi tanıyırlar. Sizin dərin və özünəməxsus istedadınızı saysız pərəstişkarlarınız olan Rus oxucuları Sizi ürəkdən sevir və dəyərləndirirlər. Önəmli olan odur ki, rus oxucularına Sizin şeirləriniz unudulmaz müəllimim zəmanəmizin kllassiki Yuri Kuznetsoun, eyni zamanda gözəl şair Aleksandr Kuşnerin və digər söz ustalarının tərcümələriyə ulaşdı.

Biz Moskvada Sizinlə hər zaman təkrar-təkrar görüşməyə şadıq. Sizin alovlu və müdrik poetik sətrlərinizi oxumağa və çap etməyə, Sizin çoxyönlü yaradıcılığınızla bizim gəncləri tanış etməyə şadıq.
Və axırda elə Sizin öz sözlərinizlə desək sizə zamanı hiss etmədən uzaqlara, daha uzaqlara getməyi, fəth olunmamış yolları fəth etməyi arzulayıram.
Bütün ruhumla,
İvan PEREVERZİN
Yazarlar Birliklərinin Beynəlxalq Birliyinin sədri


Dostluq körpüsü

Hörmətli Məmməd İsmayıl
Sizi 75 illik yubileyiniz münasibətiylə ürəkdən salamlayıram.
Sizin Azərbaycan və Rus mədəniyyətinə verdiyiniz töhfəni qiymətləndirməmək olmaz! Sizin şeirləriniz, nəsriniz, məqalələriniz Saratov oxucularına yaxşı tanışdır. Sizin əsərlərinizi iki xalq arasında əlaqələrin möhkəmlənməsinə, Sovet insanlarının davamçıları üçün dostluq körpüsü adlandırıla bilərik. Və bu xidmətiniz on illər boyu qarşılıqlı əlaqələrin, insani münasibətlərdə həqiqi dostluğun, səmimi münasibətlərin yaranmasına xidmət edir. Heç şübhəsiz Sizin dönməzliyiniz, müdrikliyiniz insanlar arasında böyük rəğbətlə qarşılanır.
İcazə verin Sizi yubileyiniz münasibəti ilə ürəkdən təbrik edim. Sizə uzun ömür, möhkəm can sağlığı, tükənməz enerji, yeni məhsuldar planlar və onların həyata keçməsini arzulayım.
Vladimir Quryanov,
Rusiya Yazarlar Birliyinin katibi, Rusya Yazarlar Birliyi Saratov şəhər təşkilatının sədri



Böyük ədəbiyyat

Əzizim Məmməd!

Doğum günün mübarək! Bağrıma basıram! Qələmin var olsun! Yeni-yeni uğurlar diləyirəm! Bir daha təbriklər - öpürəm! Əsl Qələm cihadlı sağlam, açıq, sərbəst, azad nəfəsli ədəbiyyat dışarda yaranır, əzizim Məmməd, təbii ki, buna inanıram. Sizin əsərləriniz sandıq ədəbiyyatı olmalıdır və bu ədəbiyyatda böyük həqiqətləri gizlətmək qeyri-mümkündür: "Daş qəlbli insanları neylərdin, İlahi?"

Çingiz Hüseynov,
İsrail



Yunus Emre sesi

Türk şiir kalasinin azeri burcu, dünya şiirinin türk sancağı; Yunus Emre sesi, Dedem Korkut nefesi; büyük insan, yüce şair Mehmet İsmail; 75 yil önce milletimize armağan eden ulu tanrimiza nesiller boyu hemd edeceğiz size, sayğideğer hanimefediye, sevgili kizlariniza ve torunlarınıza, sağlikli ve uzun ömürler diliyoruz.

Ömür CEYLAN,
İstanbul Kültür universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor