AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İnstaqram-da bu saxta səhifələrə aldanmayın!

İnstaqram-da bu saxta səhifələrə aldanmayın!

Cəmiyyət
28 Yanvar 2020, 11:37 772
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq yayıb.
 
Trend DİN-nin mətbuat xidməti tərəfindən yayılmış məlumata əsasən bildirir ki, son günlər sosial şəbəkələrdə, xüsusən "Instagram" platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır.
 
"Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik", - deyə məlumat qeyd edilir.