• şənbə, 20 Aprel, 03:03
  • Baku Bakı 15°C

İdmançılar Rusiyaya dair qərar barəsində çox fərqli fikirlər söyləyirlər

14.12.19 18:52 709
İdmançılar Rusiyaya dair qərar barəsində çox fərqli fikirlər söyləyirlər
Ümumdünya Antidopinq Agentliyinin (WADA) icraiyyə komitəsinin Rusiya idmanına qarşı sanksiyalar tətbiq edilməsi barəsində qərarı idmançılar arasında çox fərqli fikirlərə səbəb olub.
WADA-nın baş direktoru Olivye Niqqlinin təşkilatın idmançılar komissiyasının keçmiş üzvü Vika Aqqara ünvanlandığı məktubunda bu fakt vurğulanır.
AZƏRTACOlivye Niqqlinin "Inside the Games” portalında dərc edilmiş məktubuna istinadla xəbər verir ki, 2008-ci il Paralimpiya oyunlarının bürünc mükafatçısı Aqqar cümə axşamı WADA-nın idmançılar komissiyasının heyətdən çıxdığını bildirib. Aqqarın bu qərarı onunla əlaqədardır ki, təşkilatın icraiyyə komitəsi komissiyanın Rusiya idmançılarına qarşı cəzanı sərtləşdirmək barəsində çağırışını dəstəkləməyib. WADA-nın idmançılar komissiyası məşvərətçi orqandır, onun sədri Bekki Skott WADA-nın icraiyyə komitəsinin üzvüdür.
Niqqli deyib: "İdmançılar komissiyası WADA tərəfindən Rusiya məsələsi çərçivəsində atılan addımlar haqqında daim məlumatlandırılırdı, onun WADA nümayəndələri ilə çoxsaylı görüşləri və danışıqları zamanı suallar verməsinə və öz narahatlığını bildirməsinə imkan verilmişdi”.
WADA-nın icraiyyə komitəsi dekabrın 9-da Rusiya idmanı barəsində bir sıra sanksiyalar tətbiq edilməsi, o cümlədən bu ölkənin idmançılarının dörd il ərzində Olimpiya oyunlarında və dünya çempionatlarında Rusiya bayrağı altında çıxış etmək imkanından məhrum olunması və Rusiya Federasiyasının ərazisində iri beynəlxalq yarışlar (dünya çempionatları və Olimpiadalar) keçirməyin qadağan olunması haqda qərar qəbul edib.
banner

Oxşar Xəbərlər