• şənbə, 20 Aprel, 00:51
  • Baku Bakı 15°C

Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdü

24.02.20 20:21 1161
Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdü
Heydər Əliyev FonduƏməkdar artist Rəhman Rəhmanovun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb. Bu barədə"Report"a Əməkdar artist özü məlumat verib.
R.RəhmanovAzərbaycanın Birinci vitse-prezidenti,Heydər ƏliyevFondunun prezidentiMehriban Əliyevaya təşəkkür edib: "Bir saat bundan öncə xoş xəbər aldım. Fond mənim müalicəmi nəzarətə götürüb. Buna görəAbdulla Şaiq adına Dövlət Kukla Teatrı, kollektivimiz və ailəmizadından dövlət başçısıİlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayaminnətdarlığımızı bildirirəm. Bu, təkcə mənə deyil, bu, həm də bizim kollektivə verilən dəyərdir".
R.Rəhmanov bildirib ki, hazırda növbəti əməliyyata hazırlaşır: "Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunmuşam. Növbəti əməliyyata hazırlaşıram. İkinci əməliyyat həkimlər üçün çətinlik yaradır. Hazırda növbəti əməliyyat üçün bədənim və orqanizmimdə bərpa işləri aparılır. Səhhətimdəki problemlərlə bağlı bir neçə diaqnoz qoyulub. Neçə vaxtdır ki, öd kisəmdə daş olub. Bundan xəbərsiz olmuşam. Bundan sonra qanla qarışma olub vəzəhərlənmə verib. Bununla da qaraciyər sıradan çıxıb. İndi o daşı çıxarıblar".
banner

Oxşar Xəbərlər