AZE | RUS | ENG |

Həndbol üzrə qadınların baş məşqçisi: Rəqiblərimiz güclüdür

Həndbol üzrə qadınların baş məşqçisi: Rəqiblərimiz güclüdür
Biz sonuncu dünya çempionatının iştirakçısı ilə qarşılaşdıq. Belə komandalar ilə rəqabət aparmaq bizim üçün çətindir. Qrupumuzda yer alan bütün rəqiblər bizdən hər bir cəhətdən üstündür. Düşünürəm ki, belə oyunlar bizi komanda kimi gələcəkdə yetişdirəcək.
Bu fikri həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Georgi Volkov AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib: "Həm İsveçrə, həm də Macarıstan milliləri bizdən güclüdür. Qarşıda bizi bir oyun da gözləyir. Qalib gəlmək üçün var qüvvəmizlə çalışacağıq. Bizə yaradılan şərait üçün minnətdarlığımızı bildiririk. Çünki bu, komandamız üçün böyük təcrübədir”.
Qeyd edək ki, həm qadın, həm də kişi həndbolçuların yarışlarının hər birində iki qrupda səkkiz komanda yer alıb. Qadınların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yer alıb.
Həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946