AZE | RUS | ENG |

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
Aprelin 26-28-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar yarışın təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) trekin üzərinə düşən mərkəzi küçələrdə təmir-tikinti işlərini davam etdirir. BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol martın 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 27-dən aprelin 8-dək asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Lakin Hökumət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq. Bundan əlavə, Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 22-dən 26-dək, Bülbül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 27-dən aprelin 8-dək, Xaqani küçəsinin Puşkin küçəsi və Bülbül prospekti ilə kəsişməsi aprelin 1-dən 8-dək qismən bağlanacaq. Qeyd edək ki, göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916