AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Firəngiz Əliyeva:

Firəngiz Əliyeva: "Koronavirusla mübarizə olduqca çətin prosesdir"

Cəmiyyət
11 İyul 2020, 11:15 162
Pandemiya ilə mübarizə çərçivəsində qısa müddətdə böyük işlər görülüb. Fevral ayının sonundan etibarən işlərə başlanıldı, ilk dövrdə gördüyümüz işlərdən biri Ümumdünya Səhiyyə Təşkilatı və beynəlxalq mütəxəssilərlə birgə fəaliyyət qurmaq oldu.

Bunu TƏBİB-in departament rəhbəri Firəngiz Əliyeva Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verlişinə açıqlamasında deyib.

F.Əliyeva bildirib ki, bu qısa zamanda qazanılan dünya təcrübəsi göstərir ki, koronavirusun müalicəsi yoxdur, bizim müxtəlif beynəlxalq mütəxəssisələrlə mütəmadi vebinarlar keçiririk, məsləhətləşmələr aparırıq: "Bu gün xaricdən gələn mütəxəssislərin pandemiya ilə mübarizəni içərdən görməyi müsbətdir. Biz bir neçə gündür ki, beynəlxalq mütəxəssisələrlə koronavirusla mübarizənin aparıldığı xəstəxanalarımızı ziyarət edirik, müalicə prosesini müşahidə edib, mövcud vəziyyəti görməyə nail olduq. Bu xəstəxanalarda xüsusi geyimlərdə müşahidələr onu göstərir ki, koronavirusla mübarizə olduqca çətin prosesdir, bizim həkimlərimizin koronavirusla apardığı mübarizəni nə sözlə, nə yazmaqla ifadə etmək mümkün deyil".

Onun sözlərinə görə, beynəlxalq mütəxəssisələrin bu gün ölkəmizə gələrək öz təcrübələrini bizlə bölüşməsi müsbət addımdır: "Qısa müddətdə görülən işlər, xəstəxanalarda texniki bazanın artırılması, ölkəyə gətirilən dərmanlar, hansılar ki, bu gün dünyada tapılması çox çətindir, texniki təminat, bütün bunlara görə ölkə rəhbərliyinə minnətdarıq".