AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Festival çərçivəsində təhsil və mədəniyyət proqramı həyata keçiriləcək

Festival çərçivəsində təhsil və mədəniyyət proqramı həyata keçiriləcək

İdman
01 İyun 2019, 11:37 369
Bu ilin iyun ayında Beynəlxalq Olimpiya Hərəkatının yaranmasının 125 ili tamam olur.
Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə deyib.
Ç.Hüseynzadə məlumat verib ki, ilk Olimpiya Oyunları 1896-cı ildə Afinada keçirilib.

Komitə rəsmisi XV Avropa Gənclər Yay Olimpiya Festivalının daha bir məsələ ilə əlamətdar olduğuna diqqət çəkib: "Bu festival çərçivəsində biz geniş təhsil və mədəniyyət proqramı (OSEP) həyata keçiririk. Bura 49 proqram daxildir. İnanıram ki, festival zamanı Atletlər kəndində qurulacaq çadırlarda məktəblilər Azərbaycanın mədəniyyəti, incəsənətini gələn qonaqlara uğurla nümayiş etdirəcək".