Eşqin son şəkili

Eşqin son şəkili

02 İyun 2014, 13:36 1688
Elə bir fotoqraf axtarıram ki,
Məni olduğum kimi çəkə bilsin.
Üzümdə , gözümdə,
İçimdə, çölümdə olanları,
Ona olan möhtac hissmi,
Həyatdan istədiyim möhlət hissimi,
Qüruruma bəslədiyim hörmət hissimi.
Çəkə bilib məni bir qırağa ,
Çəkə bilsin kənarımdakı kəmləri.
Kəlmələri ardıarda düzüb ,
Süzüb bir bardaq göz yaşını,
Masanın üzərinə qoysam,
Doysam bir anlıq yaşamaqdan.
Yanaşmaqdan çox şey asılıdı çəkilənlərə,
Kiməsə xoşbəxtliyi ifadə edər o bardaq,
Kiməsə susuzluğun qənimi kimi gələr...
Bataqlıq kimi gələr qəlbim özümə ,
Çəksəm son nəfəsimi ağ ciyərimə qara-qara.
Haradır, hardadır bilmirəm , amma çəkilsəm sonuma.
Çəkilsəm bu an bir fotoqraf tərəfindən
Anlayarlarmı ?..

Sərsəm

Bütün əşyalar toz götürər,
Bütün əyyaşlar söz...
Bütün xoşbəxtlər göz götürər,
Xalmı düşdü ürəyinə, döz götürər ZAMAN...

Eşq böyüməkdir , bölünmək deyil ,
eşqdə kiçilmələr yox, çəkilmələr vardır.
Vardır eşq. Eşq VARdır...
... döyünməkdir
ürəyin varlığa sirayət etməsidir ,
Şikayət etməsidir ağıla.

Kamalına,
Əməlinə , amalına
Bir qəribəlik gələr.
Gedər yaddaşındakı bütün qanunlar,
Qaydalar qayalar kimi sərt görünər
və parçalayıb keçərsən .
Eşq aşmaqdır,
Dənizləri yox,
Özünü aşmaq
və axmaq kimi hiss etməkidr özünü onsuz.

Aşiq olan sərsəmdir...
Bu axşam yadımdan çıxmışam
İliyimə işləmisən
SƏN,SƏNdir hər tərəf...


Mən səni sevmək üçün gəlmişdim dünyaya

(Dostum T.N hisslərinə.... və ya onun dilindən )

Dur ayağa,
Yıxıldığın və qaldığın yerdən.
Qalxdığın yerdən bir ovuc torpaq götür,
Bir vaxtlar düşdüyün ucalığa səpmək üçün
Gözlərimin üstünü deyirəm .

Mən hələ onda yaşayırdım,
Hər toxunanda varlığıma,
Giziltilər dolaşardı vucudumda,
Əllərindəki istini deyirəm .

Dar ağacı ,
Vur ağacı yıx yerə,
Ruhum asılı qalıb .
Sənin hisslərin sadəcə qar ağacı
Diqqətin hərarti əridib onu
əsli qalıb .

Mən onda yaşayırdım ...
Xəyallarım vardı ,
Qurub bəzədiyim.
Bezmədiyim qaydalarım vardı,
Hər gün gözlərinlə görüşmək kimi...

Axı mən onda yaşayırdım ,
Hər günüm bir ömürdü.
Dünya mənimçün sənin yanında dönürdü,
Sönürdü gözümdə bütün işıqlar SƏNSİZ.

Axı mən onda yaşayırdım ,
Məni Sən öldürdün !
İndi dur ayağa ,
Yıxıldığın və qaldığın yerdən.
Qalxdığın yerdən bir ovuc torpaq götür,
Bir vaxtlar düşdüyün ucalığa səpmək üçün
Gözlərimin üstünü deyirəm .
Son anıma qulaq as
Ürəyimin hirsini deyirəm
"Mən səni sevmək üçün gəlmişdim dünyaya"


Allahı öldürməyin !

Əgər din , Suriyada ölməksə,
Allah sevgisi , candan keçməksə,
İstəmirəm...
Əgər cihat , cahan mülkü toplamağa
hesablanmışsa,
Almışsa başına dünyanı müharibələr, qan -qadalar...
Kitabdakı qadağalar heç bir işə yaramırsa
İstəmirəm...
Saqqalın uzunluğu , şalvarın qısalığı,
Beyinlərin yuyulması, görünməyən əllərin qısaslığı
İstəmirəm ....
Allah bu qədər çirkin ola bilməz,
Tanrı bu deyil,
Din deyil bu.
Dilim varmır deməyə,
Amm gerçək bu ki, Dinim çoxdan məhv olub ,
Allahı öldürməyək heç olmasa...

Əgər Onun verdiyi canı silah alırsa,
Günah işləyib savab alırsa ,
Cənnət arzusu ilə dünyanı cəhənnəmə çevirənlər,
"Qardaş" deyib sevilənlər ,
Adları qara daşa yazılanda sevinənlər,
Allahı öldürməyin heç olmasa.

Şəriət deyib şərə meydan vermək ,
Gəlinciklə oynayanı gəlin etmək ,
"Allah belə buyurub "....
Öldürməkdi tanrını...

Allah ,özünü qoru!..

Anasız anama

Sən bir də ağlama ,
Gücsüz oluram.
Dünya başıma fırlanır ana,
İstəyir mən ölüm , zaman dayana ,
Sən bir də ağlama.
İçsiz oluram ...
Mənliyim yerindən oynayır inan,
Can ağrıyır, qan ağlayır , ağrıyıyır içim,
Ruhumla gözlərinə pərçim oluram,
Sən bir də ağlama...

Anasızlıq nədir bildiyin üçün,
Məni bu dərdlə baş-başa qoyma.
Sənin gözlərin dolar, mənim ürəyim,
Bizi beləcə yaş-yaşa qoyma.

Qəminə qurban ,
Sən bir də ağlama ,
Nolar ağlama ,
Həsrətli , möhnətli qəlbinə qurban.

Küləklər əsər fırtına qopar,
Qopar ürəyimin sarı simləri ,
Kimləri incitməyib bu həyat axı ?
Kinləri tanımayan ürəyim mənim,
Sən bir də ağlama ,
Nolar ağlama...

Dünyanın bədbəxti oluram o an ,
Bir bilsən necə carəsizlikdir,
Anan ağlasın sən dayanasan ,
Qoşulub yağışın hər damlasına,
İstəyirsən hönkürüb sən ağıayasan ,
Alınmır ,alınmır , alınmır inan ...

Başa düşürsən ?

Çöhrəsi təbəssümsüz,
Çarəsi o olan,
Bir dərd kimi
Qəribə bir sıxıntı keçirdirəm.
İçimdən içimə....
Bünövrəsi ürəyimdə...

Əridirəm gözümdəki buzları,
Ərinirəm ruhumdakı susuzluğu söndürməyə,
Beynimdəki yuxusuzluğu dindirməyə.
Əyilirəm hislərimə ....
Başa düşürsən ay insan, darıxıram,
Başa düşürsən ay insan , yıxılıram ,
Hər gün özüm-özümdən.
Bu elə bir hiss ki , sarılıram varlığına,
Sarılıram boşluğuna ,
Necə ki Sənsizlik qucaqlıyıb məni,
Darıxıram ay insan övladı, darıxıram !!!

Bir az üzgünəm

Bir az üzgünəm...
Yox, heç kəs xətrimə dəyməyib ,
inciməyib ürəyim də kimsədən .
Süzgünəm sərxoşlar kimi,
...köhnəlmiş qaloşlar kimi..

Qədrini bilmədiyimiz,
Qəbrini diddiyimiz olanda-
Uçan tək quşlar olmur ki,
Uçan evlər də var, dağılan ellər də-
Gedən sevdiyimiz olanda,
Sökülərik ilmə ilmə.
"Dinmə , dinmə ....
Kişi bayatı söyləməz..."

Sakitliyi ahlar pozar burda,
Saxlar burda vaxt axarın,
Sonunu arxada qoyub
Qatarın ardına da baxmadan
Qayıdarsan məzarlıqdan ...

Əvvəlin də,
Axırın da bir yumaq,
Yumaq günahları...
Gözlərimizi yumaq,
Torpağa gedirik...

Bir dərə dərd ?

Bir dərə dərdin icində,
Min kərə dua etdim.
Yerə göyə sığmadim,
Özümlə dava etdim.
Könlümdəki nəğməni,
Özgəyə hava etdim.

Dağ qarını sevərmi?
Ağ qaranı neyləsin?
Sənə bir sirr verəcəm,
Amma heç kəs bilməsin-
“Xöşbəxt deyiləm”

Bax bu mənəm,
Bu da kül qabı,
İçi boş ,
Amma yaş.
Çəkdiyim zəhərdən betər,
Yetər bu qədər iztirab,
Ərəb dərd çəkər dəvəsi öləndə,
Yarəb mənim səbəblərim kimə maraqlı?

Quran qurucudur,
Qanunları mən yazmadım.
Axı yorucudur,
Əzbərləmək ...

Oyan hər gün,
Dayan yəhərin üstündə.
Atın varmı, yoxmu...
Heç kim anlamırsa səni Kimsəsizsən,
Atan varmı yoxmu...

21.11.2012

Bir fərq var

Sevmək , ya da sevməmək...
Bilmək, ya da bilməmək kimidir...
Amma bir fərq var ,
Bildiyiklərini nə vaxtsa unuda bilərsən ,sevdiyini əsla...

Silmək, ya da silməmək ,
Dinmək , ya da dinməmək kimidi.
Bir fərq var burda da ,
Sildiyini geri qaytarmaq mümkünsüzdür.
Dinərək dağıtığınnı susaraq bərpa edə bilərsən, amma.

Ağıl nağıla qarşıdı,
Mövzu sevgi isə,
Biri var biri yox ...

Paxıl həm də xəsis olar,
Eşq mükəmməllik deyil ki ,
Ən Pis də sənə Əziz olar.

İçmək, ya da içməmək,
Seçmək, ya da seçməmək kimidir.
Sərxoşluq naxoşluq deyil ki...

Sağlam ol ,
Asqır bütün qıcıqlara qarşı,
Hıçqır , amma ağlama,
Göz yaşlarını siləcək biri yoxdusa...

Getmək, ya da getməmək ,
Etmək ,ya da etməmək arasında ,
Gecənin yarısında qalanlara yuxusuz deyərlər.
Və qətiyyətsiz
Eşq güc deyil .
Bəzən zəiflikdir sevgi ...


Düşünməkdir sevgi .
Necə ki, sən bu misraları oxuduqca
Fikrinin ən dərin,
duyğularının ən isti ,
ürəyinin ən sərin yerində
Qoruyub saxladığın birisini qucaqlayırsan.

ÇÖKÜNTÜ

Çöküntü...
Suyun dibində
Çöküntü...
İnsan dilində
Qum saatı...
Yum , sabahı,
Onunla aç
Çöküntü.
Cibində dolu,

Boş fikirlər
Yaş içirlər gözlərindən
Çöküntü.
içində yolu,
Elə örtübdü
Azmısan özünlə üzün arasında

İtirdiyin mənliyini tapmağa,
Bir az da olsun həvəsin yox.
Hayqırmaq istəyirsən hə?
… və səsin yox,


Çöküntü.
Hüzündə naxışa bənzər,
Səhrada külək əssə
Narıncı yağışa bənzər.


Çöküntü.
Sən elə özünsən ,
Dünya üzünə .
Qısası da , ən uzun boy da
Çöküntüdür bir ovuc boyda.

Cinayətlə gözəllik

Bil, güc birlikdədir...
Ülgüc damarlar gəzər
Üçü birindədir.
Qorxu, Üsyan və nələr,
Hə bir də ümidsizlik ...

Cəsarətini yığ, inamını al yanına,
Əzrayılın üstünə get ,
Vəlvələlər sal canına.
Güc birlikdədir...
Hislərini , istəyini,
Günahlarını anla,
Zamanla təpərini yiğıb,
Çəpərini aşacaqsan.

Ölüm haqsa , yaşamaq da nahaq deyil,
Bu son ansa, sabahıma qonaq deyil ,
Var olmaq istəyirəm - bu ki, qınaq deyil,
Ətəyindən tök daşı,
Yaddaşımdan əl çək !

Güc birlikdədir...
Ruhum və bədənim ,
Səsim və nəfəsim ,
Bir yerdə gözəldirlər.

Mən xoşam ailəmlə,
Mən boşam kimsəsiz,
Yaşam fəlsəfəm budur.

Güc birlikdədir...
Birlikdədir cəsarətlə,
Qənayətlə sevgi olmaz,
Cinayətlə gözəllik...

Dərd sərxoşu


Üzməyəcəm özümü,
Dözümü istəmirəm artıq.
Ehtiyacım olmayacaq çünki...
Yığıb , yığışdırıb bütün hisslərimi
Bir əşya kimi yaşayacam.
Dumanlı ,gümanlı və hallı baxacam bu dünyaya
Bir əyyaş kimi ...

Dönər başın,
Sönər alovların ,
Oxların hər dəydikcə daşa,
Əydikcə qürurun başını aşağı
Yenə yanarsan .
Tüstülər boğar səni ,
Üstələr dərdlər .
Dayanarsan ,
Saat əqrəbləri kimi.
Təqvimin rəqəmləri kimi,
Sayarsan özün özünü.

Üzülməyəcəm daha ,
Divar olacam yunruqlar dəyən,
Ovuclar əzən .
Avar olacam,
Sonsuzluğa aparan.

Üzülməyəcəm daha ,
Sevdinsə sevindir,
Seçdinsə tam endir
Ürəyinə ...

Hər şey buqədər sadədir əslində
məni ayılt, məni qaytar özümə !!!

Dərd simfoniyası

Dalanlarda bir qız ağlar,
Dayaqlar da çökər bir gün.
Nə acıdı bu həqiqət,
Analar da köçər bir gün.

Bu gedişin acısına, ağrısına
Dözər övlad.
Sağlığında üzər övlad anasını,
Yoxluğunda gəzər övlad....

Dalanlarda bir qız ağlar,
Örtər bir gün dərd başını .
Olanlar da ötər bir gün ,
.... "anasızlıq simfoniyası"
Bitməz heç vaxt…


Oğullar da keçər bir gün,
Aynaların qarşısına.
Axıtdığı qəm yaşları,
Gözlərini utandırar.
Ağlamağı bacarmayan,
Sığal çəkər baş daşına.
Zaman durar ,
əqrəblərin dayandırar...
.... “Nə keçilməz anlar varmış”
Hər kəs bunu çəkər bir gün.

Söykənməyə yerin olmaz,
Söyləməyə söz tapmarsan.
Atan bir gün tərk edəndə ,
Bu dünyanı
Adam bir gün içindəcə,
Yanar , donar sınar Allah...

Dünənlərlə yaşayarsan ,
Sabhların onsuzluqdur.
Bəzi dərdlər var ki, dostum,
Onun yeri sonsuzluqdur ...

Sən olduqca o da vardır,
Yox olansa atan , anan.
Güclüsənsə dayan, dayan
Bu ağrının acısına ...

Oyan dostum ,
Yanındaysa qanadların,
Bu anların qədrini bil ,
Sev onları !
Sev həyatın acığına...


Sızıltı

Dostum Z... bu şeir sənə, sənin sevginə...

Bir sızıltı var canımda,
Daha çox sol tərəfim...
Daha çox yol gözlərkən gediləcək
Daha çox qal sözünə ehtiyac duyarsan .

Bir sızıltı var canımda ,
Aha çevrilənlər,
Baha başa gələr.
Qoparsan
Özün özündən ...

Bir sızıltı var canımda,
Necə ki , keçmişini xatırladan bir əşya görəndə
ya da bir şəkil ,
Necə ki , birdən-birə yada düşənlər səni uzaqlara aparar
Və onda dada heç nə çatmaz,
Bax bu da elə bir szııltdır...

Nə qəribədir insan ,
Heç vaxt bugünü üçün darıxmır.
Dünənlər əl çatmaz,
Sabahlar ün yetməz,
Nə qəribədir zaman.

Mən elə onda da darıxırdım ,
Sən yanımda qalanda da ,
Uzağımda olanda da,
Və bu gün
Canımda bir sızıltı var.

Sən gələndə,
Əllərim dolu idi.
Ürəyim boş,
Sən gedəndə.
Sellərim vurdu ,dağıtdı
Bu mənliyimi .
Və tutunduğum o oldu yenə..

Sevinclərim ,kədərlərim ,
Hədələrim ,hədərlərim ,
Və daha,daha nələrim
Onunla yaşandı ...

Sən gələndə,
Mən bir qıızın gələcəyi idim ,
Hamıdan çox güvənəcəyi idim,
Sən gedəndə ,
İnamımı itirdim .

Gecikdin,
Amma içdin gözlərimdən
Məhəbbətini .
Sezdin ən gizli hisslərimi
Və getdin ....

Bu açı həqiqəti sən ki bilrdin ,
Yuvandın ...
Yuvam ola bilmədin.

Canımda bir sızıltı var,
Bunun adı darıxmaqdı...

Ən pis günün mən olum


Ən psi günün mən olum ,
Sevinclərin çox...
Kədərin gözlərim.

Ən pis günün mən olum ,
Diblərin görünməzliyində,
Dərdlərin dözülməzliyində,
Qəlbində,qəmində...

Şad xəbərlər eşitsin qulağın,
Güllərlə dolsun qucağın ,
Ocağın gur yansın , gülüm,
Amma...
Xəyalların uçunanda,
Ümidlərin puç olanda
... mən olum

Sus...
Qınama məni,
Qanama yaram,
Qayama söykəndim
yarpaq oldu ,
Dost , düşmənə yaltaq oldu.

Sus...
Anlama məni ,
Ağlama da,
Ağlıma da gəlməzdi
Həsrətin hər şeyim oldu ...

Ən pis günün mən olum ,
Gül ələlnəndə başından ,
Güləndə ürəkdən unut məni ,
Amma
Elə ki dərd dörd divar olanda,
Sıxanda səni qayğılar,
Qağayılar əlinən alınan azadlığını,
Varlığını xatırladanda
... mən olum .
Hə, bir də əzrayıl gələndə ,
Xəbər et,
Mən ölüm ....

Eşidirsənmi TANRI ?!


...və sən ey Tanrı,
Qanunları qoyarkən,
Yer üzünə qovarkən bizi
Düşündünmü heç...
Bu qədər çək-çevir nəyə lazımdı?
Sonunda cənnətmi var?
Sinaqdır bütün bunlar ?
Sınıqdır çoxunun ruhu,
Çoxunun ahı içində boğulur.
Ey Tanrı, ol dedin olduq, öl dedik öldük !

Sənin ki, xəbərin olmadan bir yarpaq yerə gəlməz,
Burda insanlar düşür bir -brinin gözündən,
Üşüyür adamlar....
Düşünür isti bir otaq sadəcə
O böyük cənnəti fikirləşməyə vaxt hanı?
Gecikirsən, Tanrı ...
"Al canı" duasını da eşitməyə.
Göydələnlər göy dəlir,
Kimsə göylərdən gəlir yerə,
Onu bu həddə çatdıran var
Cəhənnəm əzabından cəhənnəm cəzasına yoldur bu ,
Gecikirsən, Tanrı ,
Bəndələrini qorumağa...

Heç kim günahkar olmaq istəməz əslində ,
Heçmi düşünmədin, Tanrı
Bizi.... yaratdıqlarını ?
Sənin ki xəbərin var,
Hisslərimizdən , istəklərimizdən
və kor-koranə diktələrimizdən .
Amma hər şey bizim bildiklərimizdən ibarət deyil axı,
Yarımçıq olmaq, gözü açıq getmək ibrət deyil axı.

Sənin ki xəbərin var aclıq nədir ,
Alcaqlıq nədir və susuz qalmaq...
Sənin ki xəbərin var alçalmaq nədir ,
Yüksəklərdə olan Tanrım .....

Qol, sınar ayaq sınar
Deyrəm sınağıdır Tanrının
Amma mənəviyyatı əzmək ,
Dözmək , dözülmək ...
Mən belə imtahanı anlamıram !

Anlamıram sənin şahidliyinlə olan
Haqsızlığı.
Həyasızlığı özünə peşə bilənləri
....və dilənənləri.
Toxluqdan qarnı ağrıyan ,
Yoxluqdan bağrı çatlayanları,
Anlaya bimirəm bu təzadları .
Və sən ey Tanrı , məni qınama ,
Səmimiyyətimə inan!
Qanıma bunu sən yeritmisən
Sözü üzə deyənəm!

Səma bu gün tutqun idi !
və yağış yağır...