• şənbə, 20 Aprel, 00:55
  • Baku Bakı 15°C

Düşmən üzərində Zəfərimizin əyani sübutu

18.01.21 21:15 476
Düşmən üzərində Zəfərimizin əyani sübutu
Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət və incəsənət tarixidir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun, mənliyimizin özümüzə qaytarılması demək idi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi idi. Müzəffər Ali Baş Komandanın Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşaya səfəri tarixi Zəfərin əyani sübutudur. Şuşanın azadlığını bütün dünyaya göstərən bu səfər Ordumuzun gücünün, xalqımızın birliyinin, Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Şuşaya səfərinin rəmzi mənası var. Şuşa Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi kitab kimidir. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşa artıq azad və firavandır. 28 il ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmadı və biz Şuşaya qayıtdıq. Tarix göstərdi ki, bu müddət ərzində Azərbaycan Prezidentinin yürütdüyü müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirib. Üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması və Müzəffər Ali Baş Komandanın bu səfəri hər birimizi qürurlandırır. Prezident İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlərboyu burada azərbaycanlılar yaşayıblar.
M.Cəfərov vurğulayıb ki, Üzeyir Hacıbəyovun, xan qızı Natəvanın və Bülbülün büstlərinin Şuşaya qaytarılması Azərbaycanın mədəniyyət və incəsənət tarixinə qayıdışdır. Əminik ki, qayıdışımız daimi olacaq. Müzəffər Ali Baş Komandanın xalqımıza hər bir müraciəti bizi daha parlaq sabahlara ümidləndirir, yetişməkdə olan sağlam nəsillərin bu şərəfli tariximizi daim qoruyub saxlayacağına inamımızı artırır.
banner

Oxşar Xəbərlər