• çərşənbə axşamı, 16 aprel, 09:11
  • Baku Bakı 14°C

Deputat: "Prezidentin fikirləri bəzi ölkələrə bir çağırış idi"

01.03.21 13:45 445
Deputat: "Prezidentin fikirləri bəzi ölkələrə bir çağırış idi"
"Bu vaxta qədər heç bir siyasi lider yumşaq güc adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməyib”.
BunuAPA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu və aparıcı media qurumlarının diqqətinə bir daha Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqındaqlobal informasiya məkanına obyektiv məlumatlar vermiş oldu:"Hər şeydən öncə bu, Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla bağlı idi. Ümumiyyətlə, keçirilən mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı. İlk dəfə idi ki, bir lider bu qədər uzun müddətdə və 4 dildə dünyanın ən aparıcı media qurumlarının suallarını cavablandırırdı. Bir dildən digərinə keçid o qədər rəvan baş verirdi ki, bu. media təmsilçilərinin də diqqətindən yayınmıronların da yaxşı mənada təəccübünə səbəb olurdu. Əslində bu hadisə sadəcə dil bilmək deyil, həm də media kimi universal bir alətin imkanlarından milli məqsədlər üçün istifadə etmənin yeni özünəməxsus forması idi”.

Deputat nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında eyni zamanda bu vaxta qədər yerli və xarici informasiya məkanında suallar doğuran bir sıra məsələlərə aydınlıq gətirdi:"Onlardan biri hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimizə qayıdış məsələsi idi. Azərbaycan Prezidenti Xocalıya da, digər ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. İkinci məsələ böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və hansı formada baş tutacağı idi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı var və bu, ardıcıllıqla, mərhələli şəkildə həyata keçiriləcək. Başqa bir mühüm məsələ Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın regionumuza və vəd etdiyi mühüm perspektivlərlə bağlı idi. Bu kontekstdə Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza da Ermənistana da mühüm ismarıclar verdi. Bəlli oldu ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda əməkdaşlıq üçün yeni, həm də tarixi fürsət yaradıb. Əgər bu fürsətdən doğru istifadə olunarsa, bu, bütövlükdə regional və qlobal əməkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox, Ermənistan yenə də revanşist cəhdlər edərsə, bu, 90-cı illərdə olduğu kimi, yenidən Ermənistanın özünütəcridinə gətirib çıxara bilər və nəticədə bu ölkə öz səhvlərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər. Prezidentin fikirləri həm də bəzi ölkələrə bir çağırış idi. Bu çağırış ondan ibarət idi ki, kimsə Ermənistanın olmayan ordusunu modernizə etmək istəyirsə, bu, regiona yaxşı heç nə vəd edə bilməz. Ona görə də hazırkı mürəkkəb tarixi mərhəldə ən doğru yol yeni əməkdaşlıq imkanlarından keçir ki, Azərbaycanın məqsədi də elə budur".
banner

Oxşar Xəbərlər