AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu gün

Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək

İdman
24 Sentyabr 2020, 14:45 239
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. 
"Report"un məlumatına görə, ikinci oyun günündə digər 34 qarşılaşma baş tutacaq. Azərbaycan təmsilçisi "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi də bəlli olacaq.
Ağdam klubu "Legiya” (Polşa) / "Drita” (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Türkiyə təmsilçilərindən "Beşiktaş" Portuqaliyanın "Riu Ave", "Qalatasaray" isə Xorvatiyanın "Hayduk" komandasını qəbul edəcək. "Alanyaspor" Norveçdə "Rusenborq"un qonağı olacaq. 
Avropa Liqası, III təsnifat mərhələsi
Çempionlar yolu
18:00. "Ararat-Armeniya” (Ermənistan) - "TSelye” (Sloveniya)
19:30. "KuPS" (Finlandiya) - "Suduva” (Litva)
21:00. "Riqa” (Latviya) - "Seltik” (Şotlandiya)
21:00. "Yurqorden” (İsveç) - ÇFR (Rumıniya)
22:00. "Klasksvik” (Farer adaları) - "Dinamo” (Tbilisi, Gürcüstan) 
22:00. "Sarayevo” (Bosniya və Herseqovina) – "Buduçnost” (Monteneqro) 
22:00. "Şerif” (Moldova) – "Dandolk"  (İrlandiya) 
22:30. "Floriana” (Malta) - "Flora” (Estoniya)
22:30. "Legiya” (Polşa) - "Drita” (Kosovo)
Əsas yol
20:00. "Fehervar” (Macarıstan) - "Reyms” (Fransa) 
20:00. "Viktoriya” (Plzen, Çexiya) - "Sönderyüske" (Danimarka)
20:30. "Rostov” (Rusiya) - "Makkabi” (Hayfa, İsrail)
21:00. "Mura" (Sloveniya) - PSV (Niderland)
21:00. "Beşiktaş” (Türkiyə) - "Rio Ave” (Portuqaliya) 
21:00. "Malmö” (İsveç) - "Lokomotiva” (Xorvatiya)
21:00. "Rusenborq” (Norveç) - "Alanyaspor” (Türkiyə)
21:00. "Şarlerua” (Belçika) - "Partizan” (Serbiya) 
21:00. MOİK (Bolqarıstan) - B-36 (Farer adaları) 
21:30. "Hapoel” (Beer-Şeva, İsrail) - "Motervell” (Şotlandiya) 
21:30. "Styaua” (Rumıniya) - "Slovan” (Liberets, Çexiya) 
22:00. "Kopenhagen” (Danimarka) - "Pyast” (Polşa) 
22:00. "Qalatasaray” (Türkiyə) - "Hayduk” (Xorvatiya) 
22:00. "Qranada” (İspaniya) - "Lokomotivi” (Gürcüstan) 
22:00. "Şkendiya” (Şimali Makedoniya) -  "Tottenhem” (İngiltərə) 
22:00. "Standard” (Belçika) - "Voyvodina” (Serbiya)
22:00. APOEL (Kipr) - "Zrinski” (Bosniya və Herseqovina)
22:15. "Volfsburq” (Almaniya) - "Desna” (Ukrayna)
22:30. "Bazel” (İsveçrə) - "Anartosis” (Kipr)
22:30. "Milan” (İtaliya) - "Bodo Qlimt” (Norveç) 
22:30. "Sankt-Qallen” (İsveç) - AEK (Yunanıstan)
22:30. LASK (Avstriya) - "Dunayska Streda” (Slovakiya) 
22:45. "Riyeka” (Xorvatiya) - "Kolos” (Ukrayna) 
23:00. "Sportinq” (Portuqaliya) - "Aberdin” (Şotlandiya) 
23:00. "Villem II” (Niderland) - "Reyncers” (Şotlandiya) 
Qeyd edək ki, ilk oyun günündə Polşa "Lex"i Kipr "Apollon"unu 5:0 hesabı ilə yenərək, pley-offa yüksəlib.