Borc yarım milyarda çatır
"Mançester
Yunayted”in borcu günü-gündən artır.
Sportinfo.az xəbər
verir ki, Çempionlar Liqasında iştirak edə bilməyən MY maliyyə baxımından xeyli
ziyana düşüb. Klubun borcu 450 milyon avroya çatıb.
Klubun maliyyəçiləri
2020-ci ildə gəlirlərin 650 milyon avroya düşəcəyini proqnozlaşdırırlar. Ötən
il gəlir 734 milyon avro olmuşdu.
Klubun
teleyayımdan gələn gəlirləri də 23 faiz azalıb. MY 12 turdan sonra 16 xal
toplayaraq, 7-ci pillədə qərarlaşıb.