• cümə axşamı, 28 mart, 12:08
  • Baku Bakı 16°C

Binəqədi rayonunda Qərargah yaradılıb

06.04.15 10:29 1545
Binəqədi rayonunda Qərargah yaradılıb
Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonunda iclas keçirilib. İclasda Binəqədi Rayon İcra Hakimiyyəti (BRİH) başçısının birinci müavini İlqar Süleymanov, BRİH başçısının müavin Aygün Əliyeva, Aparatın şöbə müdirləri, idarə, müəssisə, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri və bələdiyyə sədrləri iştirak ediblər. BRİH-dən “Kaspi”yə bildirilib ki, iclasa sədrlik edən İ.Süleymanov bu yarışlarda 49 ölkədən 6 min idmançının, 10 mindən çox qonağın ölkəmizə gəlməsinin gözlənildiyini xatırladaraq, yerli hakimiyyət orqanlarının qarşısında oyunların iştirakçılarına və turistlərə ölkəmizdə gedən dinamik inkişafı, Bakı şəhərinin günü-gündən abadlaşdırılması prosesini və aparılan islahatları layiqli şəkildə təqdim etmək kimi mühüm vəzifənin durduğunu qeyd edib, sadalanan bütun bu işlərin hamısının şəhərimizin təmizliyindən başladığını vurğulayıb. O, bildirib ki, 2014-cü ilin iyul ayının 1-dən etibarən “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Həmin layihə başladığı gündən etibarən bir çox sosial tədbirlər həyata keçirilib, maarifləndirici işlər aparılıb, treninqlər təşkil edilib, vətəndaşlar arasında təbliğat işləri görülüb, təmizliyin qorunması, saxlanması ilə bağlı vətəndaşlara bukletlər paylanılıb və bir çox məsələlər operativ həll olunub.
İ.Süleymanov bildirib ki, Avropa Oyunlarının başlanmasına qısa müddət qaldığı üçün hazırlığın son mərhələsində fəaliyyətin intensivləşdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, I Avropa Oyunlarına hazırlıqla əlaqadar Bakı şəhər İcra Hakimiyyəti başçısının 89 nömrəli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 244 və 263 nömrəli sərəncamları ilə hazırlanan və həyata keçirilən Tədbirlər Planının icrası ilə əlaqadar rayonda qərargah yaradılıb. YAP Binəqədi rayon təşkilatının inzibati binasında fəaliyyət göstərəcək qərargahda qaynar telefon xətti fəaliyyət göstərəcək, məsul şəxslər müəyyənləşdiriləcək, işlərin koordinasiyası təmin ediləcəkdir. İcra başçısının müavini deyib ki, I Avropa Oyunlarının təbliğ olunması ilə əlaqədar yerlərdə sakinlərlə səyyar görüşlərin keçirilməsi, rayon ərazisində fləşmobların təşkili, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə ictimai tədbirlərin təşkili də nəzərdə tutulub.
Kaspi.az
banner

Oxşar Xəbərlər