• cümə, 29 Mart, 19:38
  • Baku Bakı 14°C

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir

18.02.20 14:00 1297
Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir
Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu islahatlar hətta inqilabi islahatlar adlandırılır və onların ölkə həyatının bütün sahələrində, xüsusilə idarəetmə strukturlarının işinin yenidən qurulmasında böyük rol oynayacağı şübhə doğurmur. Xalq tərəfindən xüsusi dəstəklənən bu islahatlar ölkənin inkişafını yeni səviyyəyə qaldırmaq, cəmiyyətin inkişafına mane olan, hər bir vətəndaşı narahat edən və ölkənin imicinə xələl gətirən neqativ halları tam aradan qaldırmaq məqsədi daşıyır.
AZƏRTACxəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” sərlövhəli məqaləsində öz əksini tapıb.
"Aparılan islahatların innovativ xarakter daşımasını Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və 100-dən artıq xidməti özündə cəmləşdirən DOST mərkəzlərinin fəaliyyətinə dövlət başçısının verdiyi qiymət daha aydın göstərir. Prezident İlham Əliyev deyir: "Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.
Bu il fevralın 12-də Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin açılışında isə Azərbaycan Prezidenti 2020-ci ili "Könüllülər ili” elan etdiyini xüsusi vurğulayaraq, könüllülüyün bizim genetik kodumuza yazılmış sarsılmaz dəyərlərimizdən biri olduğunu, xalqımıza xas olan bütün amilləri, əlamətləri özündə cəmləşdirdiyini bir daha qeyd edib. Hazırda fəaliyyət göstərən 2 DOST mərkəzi bir çox xidmətləri özündə cəmləşdirməkdədir və bu mərkəzlərin sayı yaxın vaxtlarda 31-ə çatdırılacaqdır”, - deyə məqalədə bildirilir.
banner

Oxşar Xəbərlər