Azarın “Çelsi”nin “WhatsApp” qrupunda son mesajı
"Real”a keçən Eden Azarın "Çelsi”nin "WhatsApp” qrupunda yazdığı son
mesaj məlum olub.
Kaspi.az xəbər verir ki, bu barədə "Çelsi”nin futbolçusu Emerson
məlumat verib:
"Azarın son jesti "Çelsi”nin "WhatsApp” qrupunda yazdığı mesaj oldu.
Bu, çox qəribə idi. O, belə yazdı: "Sağ olun, uşaqlar. Sizi sevirəm”.
Bu mesajdan dərhal sonra ekranda yazıldı ki, Azar qrupu tərk etdi.
Onda mən dedim: "Lənət şeytana, o, həqiqətən də gedir”.
"Real” Azarın keçidi üçün 110 milyon avro ödəyib.