• şənbə, 20 Aprel, 15:24
  • Baku Bakı 23°C

Avronest Parlament Assambleyasının sessiyasına ölkəmiz də qatılacaq

08.12.19 19:45 724
Avronest Parlament Assambleyasının sessiyasına ölkəmiz də qatılacaq
Tbilisidə Avronest Parlament Assambleyasının (PA) VIII illik sessiyası keçiriləcək.
AZƏRTACxəbər verir ki, "Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri” adlı sessiya dekabrın 9-da öz işinə başlayacaq.
Sessiyada və sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində "Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, "Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, "Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, "Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.
Avronest PA-nın bu sessiyasında Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Mirkişili və Rasim Musabəyov iştirak edəcəklər.

banner

Oxşar Xəbərlər