Atletimiz Universiadada qızıl medal qazanıb

Atletimiz Universiadada qızıl medal qazanıb

İdman
11 İyul 2019, 09:15 514
İyulun 10-da Azərbaycan atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının qızıl medalını qazanıb.
Trend-in məlumatına görə, Avropa çempionumuz N.Babayev üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib.
Xatırladaq ki, idmançımız təsnifat mərhələsində 16,36 metr nəticə ilə finala yüksəlmişdi.