AZE | RUS | ENG |

Ağır atletika üzrə Azərbaycan birinciliyinə qadınların mübarizəsi ilə start verilib

Ağır atletika üzrə Azərbaycan birinciliyinə qadınların mübarizəsi ilə start verilib
Yaşı 20 və 23-ə qədər olan gənclər arasında Ağır atletika üzrə Azərbaycan birinciliyinə qadınların mübarizəsi ilə başlanılıb.
 
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Yaşı 20-yə qədər olan qadınların mübarizəsində toplam 172 kiloqram (74+98) nəticə və 249.5 xalla Səbinə Əzimova, 23 yaşlılarda isə 152 kiloqram (67+85) nəticə və 233.4 xalla Mərziyyə Məhərrəmova qızıl medal əldə ediblər.
Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
 
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815