AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb

AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb

İdman
19 Noyabr 2019, 13:15 376
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək PAOK (Yunanıstan) – "Dinamo” (Kiyev, Ukrayna) oyununun UEFA nümayəndəsi S.Hacıyev olacaq.
PAOK-"Dinamo” oyunu noyabrın 27-də Saloniki şəhərindəki Toumba stadionunda keçiriləcək.