• çərşənbə axşamı, 16 aprel, 22:07
  • Baku Bakı 18°C

Ağdama bayrağımızı onlar sancıb - VİDEO

03.12.20 19:30 406
Ağdama bayrağımızı onlar sancıb - VİDEO
Vətən Müharibəsinin 44 günündə igidlərimizin girdikləri bütün döyüşlər sadəcə bir cümlə ilə yekunlaşıb: "Cənab Ali Baş Komandan! Bayrağımız artıq burada da dalğalanır!” Ağdama da bayrağımızı onlar sancıb.
Unikal.orgxəbər verir ki, Ağdamda bayraq sancıldıqdan sonra Prezident İlham Əliyevə "Cənab Ali Baş Komandan! Bayrağımız Ağdam şəhərində dalğalanır" məruzəsini edən hərbçi Riyad Paşayevdir. O AzTv-yə müsahibəsində bildirib ki, 27 ildir gözlədiyimiz həmin günü Ali Baş Komandana, Azərbaycan xalqına, xüsusən də Ağdamlılara bu şad xəbəri verməkdə çox qürur duyur.
Riyad Paşayev peşəkar hərbçi, komandir kimi tabeliyində olan şəxsi heyətlə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu Madagiz postunu düşməndən azad edib. Bir gecədə ümumilikdə düşmənin 21 mövqeyini rəhbərlik etdiyi şəxsi heyətlə azad edib.
Daha ətraflı videoreportajdan izləyə bilərsiz.
banner

Oxşar Xəbərlər